Bu il Azərbaycanda 93 nikah müqaviləsi bağlanıb.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, cari ilin 6 ayı ərzində 24786 nikah rəsmiləşdirilib, 93 nikah müqaviləsi təsdiqlənib.
Xatırladaq ki, ötən il Azərbaycanda 168 nikah müqaviləsi bağlanıb.
Qeyd edək ki, Ailə Məcəlləsinin 39-cu maddəsinə əsasən, nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına qədər, eləcə də nikah dövründə istənilən vaxtda bağlana bilər.
Günay Şahmar, Bizim.Media