Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə təhlükəli lyukla bağlı məlumat vermişdik. Hansı ki, Rəsul Rza küçəsi 166 ünvanında yerləşən lyuk sakinlər, xüsusilə uşaqlar üçün birbaşa təhlükə mənbəyinə çevrilib.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan ünvanda müvafiq rayon su-kanal idarəsinin qəza briqadası tərəfindən yerində baxış aparılıb:
MÖVZU İLƏ BAĞLI:
“Kubinka”da TƏHLÜKƏ - Kanalizasiya lyuku ölüm saçır – FOTO/VİDEO
“Quyu qapağı köhnə tipli olduğu üçün ona uyğun ölçüdə yeni qapaq sifariş edilib. Yaxın günlərdə həmin tullantı su quyusu yeni qapaqla təmin olunacaq”, - deyə Agentlikdən bildirilib.
Aygün Hüseyn, Bizim.Media