Psixoloq Samirə ilə bloger Aygül arasında bitməyən QALMAQAL – “Adama deyərlər, get tayını tap da...”

“8 illik iş təcrübəmdə ilk dəfə dilimdən təhqir çıxdı. Sonra özümü başqa videoda analiz etdim, daha sonra həmin videomu da məsxərəyə qoydu. Başa düşdüm ki, bəzi insanlara nə tənqid, nə də təhqir təsir göstərir”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında psixoloq Samirə Bağırova tanınmış bloger Aygül Quliyeva (Ayaprima) ilə mübahisəsilə bağlı deyib.
 

Qeyd edək ki, onlar arasındakı bu mübahisə sosial şəbəkələrdə başlayıb. Mübahisənin səbəbi isə A.Quliyevanın yazıçı Elxan Elatlının əsərlərindəki bəzi fikirlərlə bağlı tənqid etməsi olub.


Xüsusilə yazıçının “Şantaj” adlı kitabındakı bir hissəni tənqid etməsi, həmçinin S.Bağırovanın kitablarına da münasibət bildirməsi bu mübahisəni qalmaqala çevirib.

İş orasındadır ki, hər iki xanım arasındakı polemika xoş olmayan müstəvidə hələ də davam edir. Psixoloq olduğu halda Samirə Bağırovanın A .Quliyevanı təhqir etməsi, erməni adlandırması, üstəlik valideynlərini həqarət edərək onları aşağılaması bardağı daşıran son damla oldu.

Psixoloq isə saytımıza açıqlamasında bu fikirlərə  belə münasibət bildirib:

“O sözləri dedim, keçdi...”.

“Mən o xanım haqqında heç nə bilmirəm, atasından, bölgəsindən heç xəbərim yoxdur. O cür çıxışım olmamalı, emosiyalara qapılmamalı idim. Onun səhifəsindən səhifəmə gələnlər də söyüş söyürlər. Adama deyərlər ki, get tayını tap da… O sözləri dedim, keçdi. Bu gün qadınla qadın arasında sülh yaratmaq, bullinqi yığışdırmaq istəyirik. Xanımın məhkəməyə müraciət etməyə haqqı da var. Mən bir psixoloq olaraq emosiyalarım olur, bəzən müğənnilər haqqında da çıxışlar edirəm. Onda isə son damla idi”.

Qeyd edək ki, A.Quliyeva S.Bağırova barədə açıqlamasında qeyd edib ki, dövlət qurumlarına müraciət edəcək və Samirə Bağırovanın psixologiya üzrə təhsilinin və lisenziyasının olub-olmamasının araşdırılmasını tələb edəcək. Elə bundan sonra sosial şəbəkələrdə S.Bağırovanın psixoloqluq fəaliyyətiylə bağlı da müxtəlif söyləntilər yaranıb.

Samirə Bağırova bu məsələyə də aydınlır gətirib:

“Hara istəyirsə, müraciət etsin. Bu onu göstərir ki, ölkədə psixologiya sahəsində çalışan heç kimin biliyi yoxdur. Bir psixoloq-konsultantın niyə lisenziyası olmalıdır? Mən həkim deyiləm, dərmanla işləmirəm. Getsinlər mənim diplomumun olub-olmamasını araşdırsınlar, hansı sahə üzrə olduğunu, kimin psixoloq-konsultant kimi işləyə bildiyini, psixoloqa lisenziyanın lazım olub-olmadığını araşdırsınlar. Məndən dövlət diplomumu tələb edərsə, problem yoxdur, göstərəcəyəm”.

“Üzr istəməyə niyyətim yoxdur” .

“Mən xəbər də göndərmişəm, zaman keçsin, əgər o xanım sakitləşərsə, sülh əlimi ona uzatmağa hazıram. Ortaya gözəl işlər də çıxara, cəmiyyətə, qadınlara nümunə ola bilərik. Demirəm ki, doğru etmişəm, amma hələki üzr istəmirəm, istəmək niyyətim də yoxdur. Çünki digər videomu da paylaşıb, məsxərəyə qoyduqda gördüm ki, insan nəticə çıxarmayıb”, - deyə Samirə Bağırova qeyd edib.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qalatasaray”da növbəti AYRILIQ

“Qalatasaray”da növbəti AYRILIQ

Daha 24 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

Daha 24 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

Azərbaycanlı gimnast Türkiyədə müsabiqədə münsifləri TƏSİRLƏNDİRDİ - VİDEO

Azərbaycanlı gimnast Türkiyədə müsabiqədə münsifləri TƏSİRLƏNDİRDİ - VİDEO

“Zirə” Türkiyə klubuna QALİB GƏLDİ

“Zirə” Türkiyə klubuna QALİB GƏLDİ

83 nömrəli avtobusların fəaliyyətindən narazılıq var - VİDEO

83 nömrəli avtobusların fəaliyyətindən narazılıq var - VİDEO

Orbandan ETİRAF: “Aİ Rusiya ilə müharibəni uduzub, Ukrayna isə…”

Orbandan ETİRAF: “Aİ Rusiya ilə müharibəni uduzub, Ukrayna isə…”

“Milan” Almaniya klubunun hücumçusunu transfer etmək İSTƏYİR

“Milan” Almaniya klubunun hücumçusunu transfer etmək İSTƏYİR

Yaxşı görmək istəyirsinizsə bu qidalardan ÇOX YEYİN

Yaxşı görmək istəyirsinizsə bu qidalardan ÇOX YEYİN

Tramp Liberiya liderinin mükəmməl ingilis dili səviyyəsinə TƏƏCCÜBLƏNDİ - VİDEO

Tramp Liberiya liderinin mükəmməl ingilis dili səviyyəsinə TƏƏCCÜBLƏNDİ - VİDEO

Türkiyə klubu özbəkistanlı hücumçu TRANSFER ETDİ

Türkiyə klubu özbəkistanlı hücumçu TRANSFER ETDİ

Husilər Qırmızı dənizdə ABŞ gəmisini məhv edib heyət üzvlərini OĞURLADILAR - VİDEO

Husilər Qırmızı dənizdə ABŞ gəmisini məhv edib heyət üzvlərini OĞURLADILAR - VİDEO

Rəqsanə Aysunun keçmiş ərindən DANIŞDI - VİDEO

Rəqsanə Aysunun keçmiş ərindən DANIŞDI - VİDEO

“Lion” klubu barədə qərar dəyişdirildi

“Lion” klubu barədə qərar dəyişdirildi

İlham Əliyevdən BƏƏ prezidentinə HƏDİYYƏ - FOTO

İlham Əliyevdən BƏƏ prezidentinə HƏDİYYƏ - FOTO

Azərbaycanlı professor vəfat etdi - FOTO

Azərbaycanlı professor vəfat etdi - FOTO

Putin indi də Lavrovun müavinini İŞDƏN ÇIXARDI

Putin indi də Lavrovun müavinini İŞDƏN ÇIXARDI

Baş katib: “Rusiya tərəfindən NATO-ya təhdid var”

Baş katib: “Rusiya tərəfindən NATO-ya təhdid var”

“Çelye”nin baş məşqçisi: “Sabah”la oyuna tam hazırıq”

“Çelye”nin baş məşqçisi: “Sabah”la oyuna tam hazırıq”

Bədəndəki 6 gizli YER: Ətrin qoxusu daha uzun müddət qalacaq

Bədəndəki 6 gizli YER: Ətrin qoxusu daha uzun müddət qalacaq

“Ukraynada baş verənlərdən narazıyam, buna son qoyulmalıdır” - Tramp

“Ukraynada baş verənlərdən narazıyam, buna son qoyulmalıdır” - Tramp

Gəncə-Moskva aviareysi təxirə salındı

Gəncə-Moskva aviareysi təxirə salındı

“Benfika” “Beşiktaş”dan 35 milyon TƏLƏB EDİR

“Benfika” “Beşiktaş”dan 35 milyon TƏLƏB EDİR

Rusiyadan deportasiya edilən diaspor rəhbəri: “İcazə verin sakitcə gedim” - VİDEO

Rusiyadan deportasiya edilən diaspor rəhbəri: “İcazə verin sakitcə gedim” - VİDEO

“Uşağa görə muştuluq aldılar, gecə yoldaşımın meyitini verdilər”

“Uşağa görə muştuluq aldılar, gecə yoldaşımın meyitini verdilər”

End of content

No more pages to load

RADİO