Bu gün, iyulun 9-da ən qısa gün gözlənilir. Adətən Yer öz oxu ətrafında 86.400 saniyəyə, yəni düz 24 saata fırlanır. Ancaq bəzən planet çox sürətlənir.
Bizim.Media xəbər verir ki, iyulun 9-da Yer həmişəkindən daha sürətli fırlanacaq. Nəticədə bir günün uzunluğu 1,51 millisaniyə azalacaq - müşahidələr başlayandan bəri rekord göstərici.
Alimlərin hesablamalarına görə, gün 86 398,34 saniyə davam edəcək. Yəni, Beynəlxalq Yer Fırlanma Xidmətinin məlumatına görə, planet maksimum fırlanma sürətinə çatacaq. (Lent.az)
Bizim.Media