Binəqədi Rayon Məhkəməsində "Benefisiar" Hüquqi Yardım Mərkəzi və Vətəndaş Hüquqları İnstitutunun həbsdə olan rəhbəri Bəşir Süleymanlının barəsində olan həbs qətimkan tədbirinin müddətinin artırılması barədə istintaq orqanının vəsatətinə baxılıb.
Bizim.Media xəbər verir ki, prosesdə vəsatət təmin edilib və onun həbs müddəti 3 ay uzadılıb.
Xatırladaq ki, B.Süleymanlı bu ilin mart ayında saxlanılıb və barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.
Bizim.Media