Azərbaycan pasportunun GÜCÜ ARTIR - YENİLİKLƏR NƏLƏRDİR?

"Son illərdə Azərbaycan vətəndaşlarının xarici ölkələrə viza ilə səyahətinin tədricən ləğv olunması, ölkə pasportunun beynəlxalq reytinqinin ildən-ilə artdığını göstərir".

Bizim.Media xəbər verir ki, bunu “News24.az”a açıqlamasında turizm üzrə ekspert Rəhman Quliyev deyib. 

10–15 il əvvəl Asiya ölkələrinin əksəriyyətinə vizasız səyahət mümkün olmadığını xatırladan ekspert hazırda həmin ölkələrə Azərbaycan vətəndaşları üçün vizasız və ya sadələşdirilmiş (elektron və ya sərhəddə verilən) viza rejimi tətbiq edildiyini bildirib. 

Rəhman Quliyev vurğulayıb ki, xüsusilə Birləşmiş Ərəb Əmirlikləri (Dubay), Qətər (Doha) və Çin ilə tam vizasız rejimin tətbiq olunması, eləcə də Tayland, İndoneziya və Sinqapur kimi ölkələrin elektron vizaya keçməsi, faktiki olaraq bu dövlətlərlə vizasız səyahət şəraiti yaradıb: "Bu dəyişikliklər Azərbaycan vətəndaşlarına Asiya regionuna daha sərbəst və maneəsiz səyahət imkanı verir.

Avropa istiqamətində də müəyyən irəliləyişlər müşahidə olunur.

Belə ki, Monteneqro və Albaniya kimi ölkələrə səyahət vizasız rejim əsasında həyata keçirilir. Digər Avropa ölkələrinə səyahət zamanı viza tələb edilsə də, bəzi hallarda görüş vaxtlarının təyin olunması çətinlik yaratsa da, bu prosesdə də əvvəlki illərlə müqayisədə müəyyən sadələşdirmələr nəzərə çarpır".

Turizm mütəxəssisi deyib ki, Azərbaycan Respublikasının həyata keçirdiyi uğurlu və balanslaşdırılmış xarici siyasət nəticəsində ölkənin beynəlxalq nüfuzu artıb, bu da öz növbəsində vətəndaş pasportunun reytinqinə müsbət təsir edib: "Son bir il ərzində Azərbaycan ilə Mərakeş arasında vizasız rejim tətbiq olunub. Cənubi Amerika ölkələrinə isə sadələşdirilmiş viza rejimi ilə səyahət etmək mümkün olub. Bununla yanaşı, hələlik Şengen zonası və ABŞ kimi bəzi regionlara səfərlər üçün viza tələb olunmaqdadır". 

Ekspert onu da bildirib ki, mövcud tendensiyalar davam edərsə, yaxın on il ərzində Azərbaycan pasportunun dünyanın ən yüksək reytinqli pasportları sırasına daxil olmaq ehtimalı yüksəkdir.

O, həmçinin, ölkənin davamlı və sistemli xarici siyasət kursunun da, bu məsələdə göstərici kimi qiymətləndirildiyini əlavə edib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Mado”da uşağıma yemək aldım, içindən çıxana baxın” - Foto

“Mado”da uşağıma yemək aldım, içindən çıxana baxın” - Foto

Məmməd Alpay və Asif Əhmədovun həbs müddəti UZADILDI

Məmməd Alpay və Asif Əhmədovun həbs müddəti UZADILDI

Bu il neçə nəfər adını dəyişdirib? - RƏSMİ AÇIQLAMA

Bu il neçə nəfər adını dəyişdirib? - RƏSMİ AÇIQLAMA

Texas ştatında daşqınlar zamanı 180-dən çox insan itkin düşüb – VİDEO

Texas ştatında daşqınlar zamanı 180-dən çox insan itkin düşüb – VİDEO

İlham Əliyev BƏƏ Prezidenti ilə GÖRÜŞƏCƏK

İlham Əliyev BƏƏ Prezidenti ilə GÖRÜŞƏCƏK

Kartof kəskin bahalaşacaq - BU TARİXDƏN

Kartof kəskin bahalaşacaq - BU TARİXDƏN

Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB

Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB

Yeni təklif: 70 yaşdan sonra pensiyalar 200 faiz artırılsın

Yeni təklif: 70 yaşdan sonra pensiyalar 200 faiz artırılsın

Bəşir Süleymanlının həbs müddəti uzadıldı

Bəşir Süleymanlının həbs müddəti uzadıldı

“Vəlxan” kafesində nöqsanlar aşkarlandı - FOTO

“Vəlxan” kafesində nöqsanlar aşkarlandı - FOTO

57 yaşlı kişini it dişlədi - FOTO

57 yaşlı kişini it dişlədi - FOTO

Rusiyada futbol hakimi SAXLANILDI

Rusiyada futbol hakimi SAXLANILDI

“Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” – FOTO

“Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” – FOTO

SON DƏQİQƏ! Dünyada qızılca sürətlə yayılmağa başladı – Azərbaycanda SON DURUM

SON DƏQİQƏ! Dünyada qızılca sürətlə yayılmağa başladı – Azərbaycanda SON DURUM

Moskva açıqladı: Bu tarixdə dəhşətli müharibə başlaya bilər

Moskva açıqladı: Bu tarixdə dəhşətli müharibə başlaya bilər

Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – RƏSMİ

Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – RƏSMİ

“Qalatasaray”dan Osimhen üçün 75 milyonluq TƏKLİF

“Qalatasaray”dan Osimhen üçün 75 milyonluq TƏKLİF

Tramp Qəzza ilə bağlı HƏMAS hərəkatına nəyi VƏD VERİB? - DETALLAR

Tramp Qəzza ilə bağlı HƏMAS hərəkatına nəyi VƏD VERİB? - DETALLAR

Ağdam-Füzuli yolunda xəsarət alanların ADLARI

Ağdam-Füzuli yolunda xəsarət alanların ADLARI

Sabah 38 dərəcə isti olacaq

Sabah 38 dərəcə isti olacaq

"Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR - Nuranənin ölümü kimə DƏRS olacaq? - VİDEO

"Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR - Nuranənin ölümü kimə DƏRS olacaq? - VİDEO

Körpü qəfil çökdü: Ölənlər var – VİDEO

Körpü qəfil çökdü: Ölənlər var – VİDEO

İlham Əliyev sabah Paşinyanla GÖRÜŞƏCƏK

İlham Əliyev sabah Paşinyanla GÖRÜŞƏCƏK

Sərxoş sürücünün idarə etdiyi avtomobil kanala AŞDI

Sərxoş sürücünün idarə etdiyi avtomobil kanala AŞDI

End of content

No more pages to load

RADİO