Bərdədə su kanalından naməlum meyit tapılıb.
Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, meyit Yuxarı Qarabağ kanalının rayonun Həsənqaya kəndi ərazisindən keçən hissəsində aşkarlanıb.
Hadisə yerinə FHN və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hazırda meyitin kanalda çıxarılması prosesi görülür.
Faktla bağlı araşdırma başlanıb, meyitin kimə məxsus olması araşdırılır.
Bizim.Media