Gəncədə 36 yaşlı kişi bıçaqlanıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə şəhər sakini 1989-cu il təvəllüdlü Ruslan Hüseynov bədənin kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Yaralı dərhal əməliyyata götürülüb, vəziyyətinin orta-ağır olduğu bildirlir.
Hadisə Göygöl rayonu ərazisində baş verib. İlkin məlumata görə R. Hüseynovun özü özünə bıçaq xəsarəti yetirib.
Faktla bağlı araşırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu