Şamaxı rayonu Məlhəm kəndinin əsas və daxili yolları bərbad vəziyyətdədir. Kənd mövcud olandan asfaltlanmayan yol getdikcə acınacaqlı duruma düşür. Çınqıllı, uçuq-sökük, çala-çuxurlu, tozlu-torpaqlı yol gediş-gəliş üçün çətinlik yaradır. Xüsusilə yolda hərəkət edən hər avtomobildən sonra evlərə dolan toz-duman əlindən tərpənmək mümkün deyil.
Kənd sakinlərinin sözlərinə görə payız və qış aylarında yağış, qar suları ilə dolan çuxurlar vaziyyəti daha da çətinləşdirir. Piyadalarla yanaşı sürücülər də əziyyət çəkir. Bu yol maşınları da sıradan çıxarır...
Azərbaycan ədəbiyyatının sütunlarından biri, filosof-şair Əfzəllədin Xəqani Şirvaninin doğulduğu və kəndin mərkəzində büstü ucaldığı mərkəzi yol da acınacaqlı haldadır. Vaxtilə yalnız büstün əhatəyə alındığı ərazinin qarşısı asfaltlanmışdısa, hazırda o örtükdən də əsər-əlamət qalmayıb.
Dəhşətlisi odur ki, “Bəyin oğurlanması, “Qaraca qız”, "Qaçaq Nəbi", "Dədəqorqud", "Yeddi oğul istərəm" kimi tanımış filimlərin və bir sıra çəkilişlərin aparıldığı bu kəndin uzunmüddətli yol problemi ilə maraqlanan tapılmır...
Ətraflı videosüjetdə:
Alçina Amilqızı, Pərviz Allahverdiyev, Bizim.Media