13 gündür oğlu kanalda boğulan ata fəryad ETDİ – “Nəşini tapmaq üçün bir günlük kanalı qurudun!” - FOTO

"Mən Nihatın atasıyam. Hadisə iyunun 25-də Baş Mil kanalının Füzuli rayonunun Kərimbəyli kəndi ərazisindən keçən hissəsində baş verib. Axtarışlara baxmayaraq bu günə qədər hələ də uşaqdan xəbər yoxdur".

Bu sözləri Bizim.Media-ya açıqlamasında 44 günlük Vətən müharibəsi iştirakçısı, oğlu 13 gündür kanalda boğulan Nihat Nağızadənin atası Vüqar Nağıyev deyib.

Oğlu 16 yaşlı Nihat Nağızadə 13 gün əvvəl Baş Mil su kanalında boğulub. FHN əməkdaşları ilə birgə kənd sakinləri də axtarış işlərinə könüllü qatılıb. Lakin suyun Böyük Bəhmənli kəndi ərazisində 220 metr uzunluğunda tuneldən keçməsi hər kəsi çarəsiz qoyub. Vüqar Nağıyev deyir ki, oğlunun nəşinin tapılması üçün tək çarə kanalın qurudulmasıdır:

"Yəni bizim bir nəticə əldə edə bilməməyimizin səbəbi məhz bu suyun sürətli axını və dərin olmasıdır. Füzulidə 3 yeraltı tunel var ki, məhz onlardan da birincisi bu tuneldir. Meyidin burada ilişib qalmasına şübhə uşağın ayaqqabısının bir taynın bu tuneldən çıxmasıdır. Ayın 7-dən bu günə qədər 24 saat fasiləsiz bura nəzarət edilir ki, bəlkə iz tapıla...”

44 günlük Vətən müharibəsində ön xəttə tibb personalı kimi iştirak etmiş Vüqar Nağıyev fəryad edərək aidiyyəti qurumlardan oğlunun tapılması istiqamətində zəruri tədbirlərin görülməsi üçün kömək istəyib:

"İstəyimiz aidiyyəti qurumlardan bu suyun dayandırılmasıdır. Biz "112" xidmətinə təkrar-təkrar müraciət etdik. Onların xüsusi qruplu dalğıcları suyu bu hissədən pompalayıb çıxaracaq matorları ilə gəliblər, lakin bu gün qarşımızda dayanan ən böyük problem bu tuneldən suyun çəkilməməsidir. Bu su birmənalı olaraq qurudulmalıdır. Suyun da qurudulmamasına səbəb kimi bu kanalın bir neçə rayona ötürülməsi göstərilir. Burda insan faktorundan söhbət gedir, yəni biz aylarla suyun qurudulmasını istəmirik. İstəyirik ki, sadəcə bir və ya maksimum iki sutka qurudulsun. Dalğıclar o tunelə girə bilsin, çünki orada təzyiq 40 kubmetrə çatır. Suyun dərinliyi 3 metrdən artıqdı, o təzyiqlə ora dalğıc girə bilmir. Bir sözlə aidiyyəti qurumlardan kömək istəyirik".

Qeyd edək ki, sözügedən ərazidə - tunelin çıxış hissəsində sadəcə vizual axtarışlar davam edir.

Sakinlərin ehtimalına görə, meyid tunelin içərisində olan armatur çıxıntılara ilişə bilər.








Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bərdədə kanaldan meyit TAPILDI

Bərdədə kanaldan meyit TAPILDI

“Sabah”ın baş məşqçisi: “Söz verirəm ki, ən yaxşı oyunumuzu göstərəcəyik”

“Sabah”ın baş məşqçisi: “Söz verirəm ki, ən yaxşı oyunumuzu göstərəcəyik”

Həmkarından Ofelyaya İRAD: “Hamının əri var, bunu efirdə danışmaq mənasızdır” - VİDEO

Həmkarından Ofelyaya İRAD: “Hamının əri var, bunu efirdə danışmaq mənasızdır” - VİDEO

Sabirabadda doğuş zamanı ana ölümünün səbəbi AÇIQLANDI

Sabirabadda doğuş zamanı ana ölümünün səbəbi AÇIQLANDI

Tramp Putindən NARAZIDIR: “Ona sürpriz hazırlayıram”

Tramp Putindən NARAZIDIR: “Ona sürpriz hazırlayıram”

“Sumqayıt”ın baş məşqçisi: “Növbəti mövsüm əsas hədəfimiz Avrokuboklar olacaq”

“Sumqayıt”ın baş məşqçisi: “Növbəti mövsüm əsas hədəfimiz Avrokuboklar olacaq”

30 illik araşdırmanın YEKUNU: Bu qidalar ölümə aparır

30 illik araşdırmanın YEKUNU: Bu qidalar ölümə aparır

Prezidentin yüksək rütbə verdiyi səfirlər KİMLƏRDİR?

Prezidentin yüksək rütbə verdiyi səfirlər KİMLƏRDİR?

Qətllərdə ön plana çıxan QAYINATALAR - “Psixi problemi var idisə, nəyə görə məhz gəlini öldürür?”

Qətllərdə ön plana çıxan QAYINATALAR - “Psixi problemi var idisə, nəyə görə məhz gəlini öldürür?”

Gəncədə 36 yaşlı kişi BIÇAQLANDI

Gəncədə 36 yaşlı kişi BIÇAQLANDI

“Sabah”dan ayrılan futbolçu “Zirə”də

“Sabah”dan ayrılan futbolçu “Zirə”də

Ermənistanda mina partladı - Hərbçilər xəsarət aldı

Ermənistanda mina partladı - Hərbçilər xəsarət aldı

Könül Kərimova nəvəsinin AD GÜNÜNDƏ - VİDEO

Könül Kərimova nəvəsinin AD GÜNÜNDƏ - VİDEO

202 nömrəli uşaq bağçasında ciddi nöqsanlar AŞKARLANDI

202 nömrəli uşaq bağçasında ciddi nöqsanlar AŞKARLANDI

Bu ölkədə milli valyuta 2026-cı ildə avroya KEÇƏCƏK

Bu ölkədə milli valyuta 2026-cı ildə avroya KEÇƏCƏK

“Sumqayıt” da xarici toplanışdan İMTİNA ETDİ

“Sumqayıt” da xarici toplanışdan İMTİNA ETDİ

Məhkəmə Ermənistanın sabiq müdafiə naziri barəsində QƏRAR VERDİ

Məhkəmə Ermənistanın sabiq müdafiə naziri barəsində QƏRAR VERDİ

Millimizin keçmiş üzvü iki klubla danışıqlar aparır – ÖZƏL

Millimizin keçmiş üzvü iki klubla danışıqlar aparır – ÖZƏL

Sabirabadda ana doğuş zamanı öldü

Sabirabadda ana doğuş zamanı öldü

Bölgə klubu legioneri ilə yeni müqavilə İMZALADI

Bölgə klubu legioneri ilə yeni müqavilə İMZALADI

Paris məhkəməsi səfirliyimizə hücum edən erməninin cəzasını SƏRTLƏŞDİRDİ

Paris məhkəməsi səfirliyimizə hücum edən erməninin cəzasını SƏRTLƏŞDİRDİ

Arı sürüsü təyyarənin gövdəsini ələ keçirdi, uçuş ləngidi - ANBAAN VİDEO

Arı sürüsü təyyarənin gövdəsini ələ keçirdi, uçuş ləngidi - ANBAAN VİDEO

“Karvan” növbəti transferi REALLAŞDIRDI

“Karvan” növbəti transferi REALLAŞDIRDI

Almaniyada vəfat edən azərbaycanlı tələbə Lənkəran rayonundandır

Almaniyada vəfat edən azərbaycanlı tələbə Lənkəran rayonundandır

End of content

No more pages to load

RADİO