Bu şəxslər 15 min manat CƏRİMƏ EDİLƏCƏK

Qeyri-hökumət təşkilatı tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına dair cərimələr müəyyənləşdirilir.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, qeyri-hökumət təşkilatı tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmiş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə görə vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə, hüquqi şəxslər 5000 manatdan 7000 manatadək məbləğdə cərimə ediləcək.
 

Xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə olmadan və ya qeydiyyata alınmamış belə müqavilə üzrə qeyri-hökumət təşkilatı tərəfindən xidmətlərin göstərilməsinə və ya işlərin görülməsinə, yaxud bununla əlaqədar maliyyə vəsaiti və (və ya) başqa maddi formada vəsait qəbul edilməsinə görə vəzifəli şəxslər 2 500 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər 8000 manatdan 15 000 manatadək məbləğdə cərimə ediləcək.


Qeyri-hökumət təşkilatları, yaxud banklar və digər ödəniş xidməti təchizatçıları tərəfindən "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə üzrə bank əməliyyatlarının və hər hansı digər əməliyyatların aparılmasına görə vəzifəli şəxslər 2 500 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər 5000 manatdan 8000 manatadək məbləğdə cərimə ediləcək.

Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yeməkdən dərhal sonra qəhvə içmək olmaz - SƏBƏBİ

Yeməkdən dərhal sonra qəhvə içmək olmaz - SƏBƏBİ

Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşüb - FOTO

Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşüb - FOTO

Kəmaləddin Heydərov BMMT-yə üzv ölkələrin qurumlarının rəhbərləri ilə görüşüb - FOTO/VİDEO

Kəmaləddin Heydərov BMMT-yə üzv ölkələrin qurumlarının rəhbərləri ilə görüşüb - FOTO/VİDEO

Putin ölkəyə yeni nəqliyyat naziri TƏYİN ETDİ

Putin ölkəyə yeni nəqliyyat naziri TƏYİN ETDİ

“Səbail” futbolçusuna 60 min QİYMƏT QOYDU

“Səbail” futbolçusuna 60 min QİYMƏT QOYDU

Qarabağ Universitetində yeni fakültə fəaliyyətə başlayır – BU TARİXDƏN

Qarabağ Universitetində yeni fakültə fəaliyyətə başlayır – BU TARİXDƏN

Ali Məhkəmə Fazil Mustafaya sui-qəsd edən şəxslərlə bağlı qərar verdi

Ali Məhkəmə Fazil Mustafaya sui-qəsd edən şəxslərlə bağlı qərar verdi

Kartdan karta ödəniş DAYANDIRILIR: Artıq qərar QÜVVƏDƏDİR

Kartdan karta ödəniş DAYANDIRILIR: Artıq qərar QÜVVƏDƏDİR

İsrail rəsmisi ilə Suriya prezidenti arasında GİZLİ GÖRÜŞ - Nə müzakirə OLUNUB?

İsrail rəsmisi ilə Suriya prezidenti arasında GİZLİ GÖRÜŞ - Nə müzakirə OLUNUB?

“Qarabağ”ın hücumçusu mövsümə başqa klubda BAŞLAYACAQ

“Qarabağ”ın hücumçusu mövsümə başqa klubda BAŞLAYACAQ

Qanda şəkəri soğanla salmaq olarmı? - Cavab

Qanda şəkəri soğanla salmaq olarmı? - Cavab

ABŞ şokda: Naməlum şəxs dövlət katibinin səsini süni intellektlə klonladı

ABŞ şokda: Naməlum şəxs dövlət katibinin səsini süni intellektlə klonladı

Kanadada nadir təbiət hadisəsi – ANBAAN VİDEO

Kanadada nadir təbiət hadisəsi – ANBAAN VİDEO

Sabirabadın 6 kəndində qaz kəsiləcək

Sabirabadın 6 kəndində qaz kəsiləcək

13 gündür oğlu kanalda boğulan ata fəryad ETDİ – “Nəşini tapmaq üçün bir günlük kanalı qurudun!” - FOTO

13 gündür oğlu kanalda boğulan ata fəryad ETDİ – “Nəşini tapmaq üçün bir günlük kanalı qurudun!” - FOTO

Temu insanları aldadır? – Şirkətdən AÇIQLAMA

Temu insanları aldadır? – Şirkətdən AÇIQLAMA

Bu şəxslərə diplomatik rütbələr verildi - ADLAR

Bu şəxslərə diplomatik rütbələr verildi - ADLAR

Prezidentdən İldırım Vəliyevlə bağlı SƏRƏNCAM

Prezidentdən İldırım Vəliyevlə bağlı SƏRƏNCAM

Məşhur idmançı pəncərədən yıxılaraq ÖLDÜ

Məşhur idmançı pəncərədən yıxılaraq ÖLDÜ

Mingəçevirdə keçmiş məcburi köçkünlər üçün hüquqi maarifləndirmə tədbiri keçirildi – VİDEO

Mingəçevirdə keçmiş məcburi köçkünlər üçün hüquqi maarifləndirmə tədbiri keçirildi – VİDEO

İlham Əliyevdən Donald Trampa MƏKTUB

İlham Əliyevdən Donald Trampa MƏKTUB

Azərbaycanda evliliklərin davametmə müddəti AÇIQLANDI

Azərbaycanda evliliklərin davametmə müddəti AÇIQLANDI

İlqarə Kazımova ilk dəfə şəxsi həyatından danışdı

İlqarə Kazımova ilk dəfə şəxsi həyatından danışdı

Mingəçevirdə ailə FACİƏSİ: Anasından sonra özü də dünyasını dəyişdi

Mingəçevirdə ailə FACİƏSİ: Anasından sonra özü də dünyasını dəyişdi

End of content

No more pages to load

RADİO