“Atamın arvadımı qətlə yetirəcəyini düşünməzdim...”

Qobustan rayonunun Təklə kəndində törədilən qətlin təfərrüatı məlum olub.

Bizim.Media xəbər verir ki, hadisə iyulun 6-sı axşam saatlarında baş verib.

2001-ci il təvəllüdlü Günel Ağabəyli yaşadığı evdə bıçaqlanaraq öldürülüb. Onun qayınanası Sevil Ağayeva isə bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti stabildir.

Hüquq-mühafizə orqanları hadisəni törətməkdə şübhəli bilinən şəxsi - mərhumun qayınatası 1957-ci il təvəllüdlü Orucağa Ağayevi saxlayıb.

Qətlə yetirilən qadının həyat yoldaşı Tayfun Ağabəyli hadisə ilə bağlı “Teleqraf.az”a danışıb. Onun sözlərinə görə, ailəsində ciddi problem olmayıb:

“Biz bir-birimizi sevərək ailə qurmuşduq. Aramızda heç bir söz-söhbət, narazılıq olmayıb. Amma son 15-20 gündə atamın psixoloji durumu yaxşı deyildi. Hər kəsə sataşırdı, əsəbi və gərgin davranırdı. Bunu hiss edirdik, amma belə bir şey edəcəyinə inanmazdım. Şokdayam. Mənim həyat yoldaşımı - heç bir günahı olmayan bir insanın bu şəkildə qətlə yetirəcəyini düşünməzdim...”

Günel Ağabəylinin atası Rasim Qəhrəmanov isə deyib ki, cütlük uzun illər sevgi münasibəti yaşayıb və iki il əvvəl ailə qurublar. Ailələr arasında da heç bir narazılıq olmayıb:

“Hadisədən bir neçə saat əvvəl qızım və kürəkənim bizdə idilər. Oturduq, birlikdə yemək yedik.

Heç bir narahatlıq yox idi. Onları özüm yola saldım. Bir saatdan sonra isə belə dəhşətli xəbər gəldi. Qızıma 18-19 bıçaq zərbəsi vurublar. Qızımın heç bir günahı yoxdur. Bəzi saytlar yazır ki, hadisə qısqanclıq zəminində olub - bu, tamamilə yalandır. Onlar bir yerdə musiqi məktəbində müəllim işləyirdilər, bir-birilərini sevirdilər. Sadəcə son vaxtlar kürəkənimin atasında psixoloji problemlər yaranıb”.

Faktla bağlı Qobustan Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam edir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həkimləri şoka salan hadisə: Çinli gəncin qarnından DİRİ İLANBALIĞI çıxarıldı – FOTO

Həkimləri şoka salan hadisə: Çinli gəncin qarnından DİRİ İLANBALIĞI çıxarıldı – FOTO

Rövşanə Ağasəfqızı: “Heç bir plastik əməliyyat etdirməmişəm, amma…”

Rövşanə Ağasəfqızı: “Heç bir plastik əməliyyat etdirməmişəm, amma…”

Bakı aeroportunda ÖLÜM

Bakı aeroportunda ÖLÜM

“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır

“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır

Bir ailənin QARA YAZISI – İsmayılovlarda ard-arda 5 ÖLÜM

Bir ailənin QARA YAZISI – İsmayılovlarda ard-arda 5 ÖLÜM

Xaricdən avtomobil gətirmək adı ilə insanları aldadırlar

Xaricdən avtomobil gətirmək adı ilə insanları aldadırlar

Sırski: “Ukrayna Kursk və Belqorod vilayətlərində mövqelərini bərpa etdi”

Sırski: “Ukrayna Kursk və Belqorod vilayətlərində mövqelərini bərpa etdi”

Taleyüklü hadisələrin astanasında olan BÜRCLƏR: Onları tezliklə nə gözləyir?

Taleyüklü hadisələrin astanasında olan BÜRCLƏR: Onları tezliklə nə gözləyir?

Svetlana Teymurova TUTULDU – VİDEO

Svetlana Teymurova TUTULDU – VİDEO

“Bakı Metropoliteni”ndə yeni təyinat olub

“Bakı Metropoliteni”ndə yeni təyinat olub

Honkonqda Ronaldonun muzeyi açıldı – FOTO

Honkonqda Ronaldonun muzeyi açıldı – FOTO

Natiq Cəfərliyə ağır itki – FOTO

Natiq Cəfərliyə ağır itki – FOTO

İstiqrazlarla bağlı YENİ MODEL – "Bu halda qazanc əldə edə bilməyəcəklər"

İstiqrazlarla bağlı YENİ MODEL – "Bu halda qazanc əldə edə bilməyəcəklər"

Gecə vaxtı evinin yaxınlığında quyuya düşdü

Gecə vaxtı evinin yaxınlığında quyuya düşdü

Prokurorluqda qulluqda olmanın yaş həddi artırılır

Prokurorluqda qulluqda olmanın yaş həddi artırılır

Məktəbi fərqlənmə attestatı ilə bitirən şagirdlərin SAYI AÇIQLANDI

Məktəbi fərqlənmə attestatı ilə bitirən şagirdlərin SAYI AÇIQLANDI

Sabah bu ərazilərdə leysan olacaq, dolu düşəcək – PROQNOZ

Sabah bu ərazilərdə leysan olacaq, dolu düşəcək – PROQNOZ

SORĞU: 10 ildən sonra Ukrayna dağılmış vəziyyətdə olacaq

SORĞU: 10 ildən sonra Ukrayna dağılmış vəziyyətdə olacaq

Zaur Nəbioğlu verilişində tanınmış aktyorun nəvəsinə iş verdi

Zaur Nəbioğlu verilişində tanınmış aktyorun nəvəsinə iş verdi

Rusiya çevriliş planını AKTİVLƏŞDİRDİ – Ermənistana əlavə qüvvələr GÖNDƏRİLİR

Rusiya çevriliş planını AKTİVLƏŞDİRDİ – Ermənistana əlavə qüvvələr GÖNDƏRİLİR

Ölkəyə gizli yolla külli miqdarda kərə yağı və tük tökülməsi üçün vasitə gətirən şəxs yaxalandı

Ölkəyə gizli yolla külli miqdarda kərə yağı və tük tökülməsi üçün vasitə gətirən şəxs yaxalandı

Naxçıvanda Dövlət Proqramı çərçivəsində yeni laboratoriya binası tikiləcək

Naxçıvanda Dövlət Proqramı çərçivəsində yeni laboratoriya binası tikiləcək

İran əhalisi Ermənistana qaçır

İran əhalisi Ermənistana qaçır

Rusiyalı nazir Azərbaycana təşəkkür etdi– FOTO/VİDEO

Rusiyalı nazir Azərbaycana təşəkkür etdi– FOTO/VİDEO

End of content

No more pages to load

RADİO