“WhatsApp” qrup söhbətlərini daha praktik etmək üçün yeni funksiyanı istifadəyə verib.
Bizim.Media xəbər verir ki, yenilik “WhatsApp”ın beta verisyasında müşahidə edilib.
Yeni funksiya həm təkbətək, həm də qrup söhbətlərində işləyir. “WhatsApp”ın yeni funksiyası sayəsində konkret mesaja verilən bütün cavablar bir başlıq altında qeyd olunacaq. Beləliklə, istifadəçilər qrup söhbətlərində neçə nəfərin mesaja cavab verdiyini və nə yazıldığını asanlıqla müşahidə edə biləcəklər.
Bundan əlavə, mesajın altındakı cavabların sayı rəqəmlə göstəriləcək. Beləliklə, istifadəçilər əvvəlcə cavabların sayına baxa, daha sonra lazım gələrsə detalları araşdıra biləcəklər. Məlumata görə, sistemin əsas məqsədi çatlarda və ya dağınıq söhbətlərdə cavabları daha asan izləyə bilməkdir. (Metbuat.az)
Bizim.Media