Kəlbəcərdə xəsarətlə nəticələnən yol nəqliyyat hadisə baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun İstisu qəsəbəsində “UAZ” markalı avtomobilin sürücüsü hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə maşın yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü, 1980-ci il təvəllüdlü X. Quliyev və avtomobilin sərnişinləri - 1988-ci il təvəllüdlü E. Həsənov və 2000-ci il təvəllüdlü V. Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu