Bakı məhkəməsi “Sputnik Azərbaycan” İnformasiya Agentliyinin ofisində polisin apardığı əməliyyat nəticəsində saxlanılan direktor İqor Kartavıx və baş redaktor Yevgeni Belousovun vəkillərinin həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı apellyasiya şikayətini təmin etməyib.
Bizim.Media xəbər verir ki, bu barədə nəşrin redaksiyası məlumat yayıb.
Məhkəmə vəkillərin həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətlərini təmin etməyib.
“Birinci instansiya məhkəməsinin həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərarı qüvvədə qalıb. Yoldaşlarımız həbsdə saxlanılır”, - məlumatda qeyd edilib.
Bizim.Media