Şənbə günü startı verilən “Tour de France” veloyürüşü zamanı “Cofidis” komandasının yük maşınından hər biri 13.000 avro dəyərində olan 11 velosiped oğurlanıb.
Bizim.Media “L’Equipe” nəşrinə istinadən xəbər verir ki, yük maşını komandanın məskunlaşdığı otelin 150 metrliyində dayanıbmış.
Komandanın “Tour de France”ın ikinci mərhələsində iştirakını təmin etmək üçün sürücülərə əvəzedici velosipedlər verilib. 11 velosipeddən beşi bazar günü axşam otelin yaxınlığındakı meşədən tapılıb.
Qeyd edək ki, ötən il “TotalEnergies” komandasının velosipedləri oğurlanmışdı. Keçən il də oğurlanan velosipedlərin sayı 11 idi.
Rəşad Rafiqoğlu, Bizim.Media