Bakıda 11 yaşlı qız atalığı tərəfindən cinsi zorakılığa məruz qalıb. Bu barədə Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.
Bizim.Media xəbər verir ki, o, oxu.az-a açıqlamasında bəzi məqamlara aydınlıq gətirib.
Kəmalə Ağazadənin sözlərinə görə, azyaşlının anası ikinci dəfə məhbus həyatı yaşayan bir kişi ilə həbsxanada nikaha girib:
"Anası 11 və 6 yaşlı qızlarını cəzaçəkmə müəssisəsində üç gün qalmaq üçün bir neçə dəfə özü ilə ora aparıb. Bu müddət ərzində 11 yaşlı qız atalığı tərəfindən cinsi zorakılığa məruz qalıb. Hadisə 1 il ərzində baş verib.
Hazırda qızın 12 yaşı var. 12 yaşı olmasına baxmayaraq, yalnız ikinci sinfi bitirə bilib.
12 yaşlı qız indi bizim yanımızdadır. 6 yaşlı qız anasının yanındadır. 6 yaşlı qızı almaq üçün iş aparırıq. Artıq təhqiqat başlayıb. Ekspertiza təyin olunacaq".
Ədliyyə Nazirliyindən oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ araşdırılır.
Bizim.Media