Diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsi çərçivəsində “Məhkəmə prosesləri üzrə strategiyalar” mövzusunda üçüncü panel müzakirəsi keçirilib.
Bizim.Media xəbər verir ki, tədbirdə Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov və Baş prokurorun birinci müavini Elçin Məmmədov əsas natiqlər qismində çıxış ediblər.
Panel çərçivəsində Azərbaycan ərazilərinin işğalı və keçmiş Ermənistan-Azərbaycan münaqişəsi zamanı Ermənistan tərəfindən törədilmiş cinayətlərlə bağlı beynəlxalq məhkəmə prosesləri müzakirə olunub. Həmçinin Ermənistanın hərbi təcavüzü nəticəsində baş vermiş çoxsaylı hüquq pozuntularına görə məsuliyyət daşıyan şəxslərlə bağlı aparılan məhkəmə işləri barədə məlumat verilib.
Bizim.Media