İmişli rayonunun Hacıalmuradlı kəndində güclü yanğın hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, axşam saatlarında kənd sakini R. Əbişovaya məxsus fərdi təsərrüfatda baş verən yanğın ot bağlamalarının toplandığı çardaqda başlayıb.
Qısa müddətdə alovun miqyası genişlənib və yaxınlıqdakı tövləyə keçib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli rayon bölməsinin texnikası və əməkdaşları cəlb olunub.
Yanğının digər tikililərə yayılmasının qarşısı alınıb. Görülən tədbirlər nəticəsində 2 min ot bağlamasından 700 ədədi yanğından qorunub.
Lakin ümumilikdə 1300 ot bağlaması, çardaq və tövlə tamamilə yanaraq sıradan çıxıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu