Tərəvəzləri bostandan yığıb yumadan yemək olar?

Yay mövsümünün başlanması ilə daha çox insan tərəvəzləri birbaşa tarladan dərərək, yeməkdən zövq alır.

Bəs bu tərəvəzləri yuyulmadan yemək təhlükəsizdirmi?

Bizim.Media bu barədə xarici mətbuata istinadən məlumat verir.

Evdə yetişdirilən tərəvəzləri yuyulmadan yemək olarmı?

Qida təhlükəsizliyi üzrə ekspert və Merilend Universitetinin professoru Şirli Mikallef bildirib ki, ev şəraitində yetişdirilən otlar, tərəvəzlər və meyvələr istifadə olunmazdan əvvəl mütləq yuyulmalıdır. Çünki onların üzərində yenə də torpaq və ya çirklənmiş hissəciklər ola bilər.
 

Torpaq və çirk müxtəlif patogenləri və bakteriyaları və mikroorqanizmləri daşıya bilər. Torpaqda eyni zamanda ağır metalların yüksək səviyyəsi də ola bilər.


Əgər gübrə istifadə olunubsa, meyvə, tərəvəz və göyərtilərin yuyulması həmin gübrələrin qalıqlarını təmizləyərək xəstəliklərin qarşısını ala bilər. Məsələn, peyin və ya emal olunmamış kompost kimi bəzi gübrələr müəyyən mikrob növlərini daşıya bilər və bu mikroblar da xəstəliklərə səbəb ola bilər.

Əgər siz kərəviz ya da yaşıl soğan kimi tərəvəzlər yetişdirirsinizsə, onların qurumuş kənarlarını və köklərini kəsmək, sonra isə gövdə və yarpaqların arasını yumaq məsləhətdir. Meyvə və tərəvəzlərin isə axar suyun altında yaxşıca yuyulması kifayət edir.

Keşniş və cəfəri kimi bəzi otlar xüsusilə diqqətlə yuyulmalıdır, çünki onların saplaqları arasında qum qala bilər.

Əgər siz pestisidlər və ya bitki mühafizə vasitələrindən istifadə etmisinizsə, hətta bunlar bioloji mənşəli olsa belə, qalıqları yumaq vacibdir. Toz, kimyəvi maddələr və ya havadan gələn digər çirkləndiricilər də məhsulun üzərinə çökə bilər.

Hansı hallarda bağ tərəvəzlərini yuyulmadan yemək olar?

Əgər məhsul çiy halda yeyilməyəcəksə. Məsələn, dərhal qabığı ilə bişirilən və ya sobada bişəcəksə, bu zaman  yüksək temperatur mikroorqanizmlərin əksəriyyətini məhv edir. Amma belə hallarda belə torpağı silkələmək və ya azca yumaq tövsiyə olunur ki, digər qidalar və qab-qacaq çirklənməsin. Məhsul artıq yuyulub və təmiz saxlanılırsa, bu zaman onu təkrar yumağa ehtiyac yoxdur (əlbəttə, əllər təmiz olmalıdır).

Amma bu hallarda belə bəzi risklər qalır

Torpaqdan gələn mikroblar bəzən səthi təmizləmədən sonra belə qala bilər.Toz hissəcikləri, göbələk sporları, həşəratlar gözlə görünməyə bilər. Ev heyvanları və ya quşlar bağa daxil ola və bakteriyalar buraxa bilər. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“İmişli” qapıçı TRANSFER ETDİ

“İmişli” qapıçı TRANSFER ETDİ

Abşerondakı partlayışda 3 nəfər yanıq xəsarəti alıb - TƏBİB

Abşerondakı partlayışda 3 nəfər yanıq xəsarəti alıb - TƏBİB

Albalı və gilas bahalaşdı - QİYMƏTLƏR

Albalı və gilas bahalaşdı - QİYMƏTLƏR

Azərbaycan çempionatında yeni mövsümün püşkatma mərasimi olacaq

Azərbaycan çempionatında yeni mövsümün püşkatma mərasimi olacaq

Türkiyədə ZƏLZƏLƏ OLDU

Türkiyədə ZƏLZƏLƏ OLDU

Sarıkökün gizli FAYDALARI: Bağırsaq xərçəngi…

Sarıkökün gizli FAYDALARI: Bağırsaq xərçəngi…

SON DƏQİQƏ: Abşeronda yaşayış binasında partlayış oldu, xəsarət alanlar var - VİDEO

SON DƏQİQƏ: Abşeronda yaşayış binasında partlayış oldu, xəsarət alanlar var - VİDEO

Mirzoyan: “Azərbaycanla sazişi imzalamağa və ratifikasiya etməyə hazırıq"

Mirzoyan: “Azərbaycanla sazişi imzalamağa və ratifikasiya etməyə hazırıq"

Araz Abdullayev bölgə klubuna KEÇİR

Araz Abdullayev bölgə klubuna KEÇİR

Azərbaycanda 12 yaşlı qız həbsxanada atalığı tərəfindən zorlanıbmış - TƏFƏRRÜAT

Azərbaycanda 12 yaşlı qız həbsxanada atalığı tərəfindən zorlanıbmış - TƏFƏRRÜAT

Şərurda ərzaq mağazası YANDI - FOTO

Şərurda ərzaq mağazası YANDI - FOTO

Kafeyə qumbara atıldı - Ölən və yaralılar var

Kafeyə qumbara atıldı - Ölən və yaralılar var

Naxçıvan stadionunda yenidənqurma işləri BAŞLAYIR

Naxçıvan stadionunda yenidənqurma işləri BAŞLAYIR

Yuxu MÜƏMMASI – Övladlarımızı niyə hər zaman kiçik yaşda görürük?

Yuxu MÜƏMMASI – Övladlarımızı niyə hər zaman kiçik yaşda görürük?

Arayikgilin məhkəməsində zərərçəkmişlər İFADƏ VERDİLƏR

Arayikgilin məhkəməsində zərərçəkmişlər İFADƏ VERDİLƏR

Türkiyədə yenə meşə YANIR

Türkiyədə yenə meşə YANIR

Meyiti tapılan nazirin “Tesla”sı ərazidən GÖTÜRÜLDÜ - VİDEO

Meyiti tapılan nazirin “Tesla”sı ərazidən GÖTÜRÜLDÜ - VİDEO

Diplomatlarımız hərbi cinayətlər törətməkdə təqsirləndirilən ermənilərin məhkəməsi barədə məlumatlandırıldı - FOTO

Diplomatlarımız hərbi cinayətlər törətməkdə təqsirləndirilən ermənilərin məhkəməsi barədə məlumatlandırıldı - FOTO

“Qalatasaray” - “Napoli” danışıqlarında SON DURUM

“Qalatasaray” - “Napoli” danışıqlarında SON DURUM

Mətanətin yerinə o gəldi - FOTO

Mətanətin yerinə o gəldi - FOTO

91 qadını öldürən, 14 il sonra tutulan manyakdan tükürpədən ETİRAFLAR – FOTO

91 qadını öldürən, 14 il sonra tutulan manyakdan tükürpədən ETİRAFLAR – FOTO

Hərbi qulluqçular arasında səmti müəyyənetmə yarışı KEÇİRİLDİ - FOTO

Hərbi qulluqçular arasında səmti müəyyənetmə yarışı KEÇİRİLDİ - FOTO

“20 yanvar” metrosu yaxınlığındakı yanğın SÖNDÜRÜLDÜ

“20 yanvar” metrosu yaxınlığındakı yanğın SÖNDÜRÜLDÜ

Həftənin sonuna qədər xoş bir hədiyyə alacaq 5 BÜRC

Həftənin sonuna qədər xoş bir hədiyyə alacaq 5 BÜRC

End of content

No more pages to load

RADİO