Salyan rayonunda zəhərlənmə hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 2022-ci il təvəllüdlü N.Qurbanova yaşadığı Noxudlu kəndində sirkə turşusundan zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Salyan Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, azyaşlı hazırda reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta ağır, sabit olaraq qiymətləndirilir.
Uşağın anasının sözlərinə görə, hadisə bankaların bağlanması zamanı ehtiyatsızlıq nəticəsində baş verib. O bildirib ki, uşaq kimyəvi məhlulu az miqdarda içib və o, dərhal müdaxilə edib və uşağı xəstəxanaya çatdırıb.
Sabutay, Bizim.Media, Cənub bürosu