Xaçmazda anasını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirmiş 15 yaşlı məktəbli Lətifov haqda həbs qəti imkan tədbiri seçilib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə Qadaşoba kənd məktəbinin 9-cu sinif şagirdi olan Lətifov barəsində Xaçmaz rayon prokurorluğunda CM-nin 120.1 maddəsilə (qəsdən adam öldürmə) cinayət işi açılıb.
MÖVZU İLƏ BAĞLI:
Xaçmazda 15 yaşlı oğlan anasını telefona görə ÖLDÜRÜBMÜŞ – VİDEO
Anasının ölümünə bais olan azyaşlı hazırda Bakının Kürdəxanı qəsəbəsində yerləşən 1 saylı istintaq təcridxanasına göndərilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu