BİZİM TƏQVİM: 8 iyulda baş vermiş tarixi hadisələr

Birinci Dünya Müharibəsinin qızğın çağında, 1918-ci il iyulun 8-də İtaliyanın şimalındakı Pyave çayı ətrafındakı Fossalt rayonunda Avstriya qoşunlarının müttəfiqlərin mövqelərini atəşə tutduğu zaman Qırmızı Xaç Cəmiyyəti Amerika Hərbi Cəbhəsinin 19 yaşlı sürücüsü ağır yaralanır.

Burada o, 26 yaşlı tibb bacısı Aqnes Korovskiyə vurulur. Lakin qız amerikalı gəncin duyğularına çox həvəssiz cavab verir. Sürücünün təkidlərinə baxmayaraq, bu eşq macərasından heç nə alınmır.  

Nəhayət, yaraları sağaldıqdan sonra öz vətəni İllinoysa qayıdan amerikalı sürücü qəhrəman kimi qarşılanır və uğursuz məhəbbətini unutmağa çalışır. İtaliyalı tibb bacısı da sürücüyə yazdığı məktubunda bildirir ki, onların arasında hər şey qurtarıb. Bu əhvalat bəlkə də böyük maraq doğurmazdı, lakin illər keçdikdən sonra bu hadisə XX əsrin ən məşhur kitablarından olan “Əlvida, silah” romanında əksini tapdı. Yaralı sürücünün adı isə Ernest Heminquey idi. 

8 iyul tarixində dünyada daha hansı hadisələr baş verib? 

1. 1796-cı ilin bu günündə ABŞ-da ilk dəfə ABŞ vətəndaşlığını göstərən sənəd (pasport) hazırlanıb. 

2. Türkiyə, İran, İraq və Əfqanıstan arasında 1937-ci ilin bu günü Sadabad Paktı imzalandı. Atatürkün təklifiylə bu 4 ölkə dünyada artan döyüş təhdidinə qarşı hücum etməmə razılığına gəldilər.    

3. 1944-cü il 8 iyulda SSRİ Ali Soveti Rəyasət Heyəti “Qəhrəman ana” fəxri adı və ordenini, eləcə də “Analıq şöhrəti” ordeni və “Analıq medalı”nı təsis etdi.  “Qəhrəman ana” ordeni 10 uşaq doğub tərbiyə edən analara verilirdi. İkinci Dünya Müharibəsindən sonra Azərbaycanda da “Qəhrəman ana” fəxri adına və ordeninə layiq görülənlər az olmayıb. 

4. 8 iyul 1982-ci ildə İraq prezidenti Səddam Hüseynə qarşı şiələrin yaşadığı Duceyl qəsəbəsində sui-qəsd cəhdi edildi. Cəhddən sonra qəsəbəyə girən İraq ordusu 148 nəfəri öldürdü. Bu hadisə İraqın işğalından sonra Səddam Hüseynə qarşı məhkəmə işinin açılmasına və Duceyl qırğınına görə onun 2006-cı ilin 30 dekabrında edam edilməsinə səbəb və bəhanə oldu. 

5. 8 iyul 1996-cı ildə Azərbaycanla Boliviya arasında diplomatik əlaqələr qurulub. 

8 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır: 

1. Təmsil janrında yazdığı əsərlərilə dünya şöhrəti qazanan, 238 nağılını 12 kitabda toplayan, uşaq ədəbiyyatının əvəzedilməz adlarından olan yazıçı Jan de la Fonten 1621-ci ilin bu günü Fransada anadan olub (1621-1695). 

2. Amerika Birləşmiş Ştatlarının məşhur sənayeçisi və dövlət xadimi Nelson Rokfeller 1908-ci ilin 8 iyulunda doğulub. Nelson Rokfeller Amerikanın siyasi həyatında da fəal iştirak edib (1908-1979). 

3. Azərbaycanın tanınmış dilçi alimi Əbdüləzəl Dəmirçizadə 1909-cu il 8 iyulda dünyaya gəlib. Ə.Dəmirçizadə Azərbaycan ədəbi dili tarixi, müasir Azərbaycan dilinin fonetikası, üslubiyyəti, etimologiyası və başqa sahələrinə dair əsərlərin, o cümlədən orta və ali məktəb dərsliklərinin müəlifidir (1909-1986). 

4. 8 iyul 1931-ci ildə Xalq artisti Zülfüqar Baratzadə (1931-1991) doğulub. 1949-cu ildən Gəncə Dövlət Dram Teatrının aktyoru olub, filmlərə çəkilib. 

5. Tanınmış ingilis yazıçısı Riçard Oldinqton 1982-ci ilin 8 iyulunda anadan olub. Özünəməxsus yazı üslublu romanları ilə Oldinqton ingilis ədəbiyyatının sonrakı inkişafına güclü təsir göstərib (1892-1962). 

6. İngiltərənin böyük istedad və nüfuza malik aktrisalarından olan, “Vaterloo körpüsü”, “Ledi hamilton” kimi filmlərilə daha çox yaddaşlarda qalan Vivyen Li 1967-ci ilin bu günü 54 yaşında həyatdan köçüb. Onun şöhrəti heç vaxt qalmaqallı hadisələrlə müşayiət olunmayıb (1913 -1967). 

7. Görkəmli opera müğənnisi, Azərbaycanın ilk qadın opera müğənnisi Xalq artisti Şövkət Məmmədova 1981-ci ilin bu günündə vəfat edib. 
 

8. 8 iyul 1888-ci ildə Azərbaycanın Xalq artisti Pyotr Jarikov anadan olub (1888-1969). Moskvada anadan olsa da Azərbaycan Dövlət Rus Dram Teatrında aktyor və rejissor kimi fəaliyyət göstərib (1928-1963). 


9. 2013-cü ilin bu günündə Xalq Yazıçısı, nasir, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Gülhüseyn Hüseynoğlu vəfat edib (1923-2013). 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu şəxslər 15 min manat CƏRİMƏ EDİLƏCƏK

Bu şəxslər 15 min manat CƏRİMƏ EDİLƏCƏK

Cərimələrin 5 faizi polislərlə bağlı xüsusi fonda KÖÇÜRÜLƏCƏK

Cərimələrin 5 faizi polislərlə bağlı xüsusi fonda KÖÇÜRÜLƏCƏK

Bakının bəzi ərazilərində su kəsiləcək - SƏBƏB

Bakının bəzi ərazilərində su kəsiləcək - SƏBƏB

Qaz tarifləri ilə bağlı YENİLİK – Bu qaydada hesablanacaq

Qaz tarifləri ilə bağlı YENİLİK – Bu qaydada hesablanacaq

Dünya Kuboku: Fətəliyeva növbəti mərhələdə, Balacayeva mübarizəni dayandırdı

Dünya Kuboku: Fətəliyeva növbəti mərhələdə, Balacayeva mübarizəni dayandırdı

Yeni doğulmuş körpə 40 gün heç yerə aparılmamalıdır? – Qədim inancla bağlı pediatrdan AÇIQLAMA

Yeni doğulmuş körpə 40 gün heç yerə aparılmamalıdır? – Qədim inancla bağlı pediatrdan AÇIQLAMA

Milli Məclis Naxçıvan Konstitusiyasına dəyişiklikləri TƏSDİQLƏDİ – DETALLAR

Milli Məclis Naxçıvan Konstitusiyasına dəyişiklikləri TƏSDİQLƏDİ – DETALLAR

Prokurorluqdan Nuranənin ölümü ilə bağlı AÇIQLAMA

Prokurorluqdan Nuranənin ölümü ilə bağlı AÇIQLAMA

Samuxda 88 yaşlı qadını öldürən şəxs tutuldu - BİRGƏ MƏLUMAT

Samuxda 88 yaşlı qadını öldürən şəxs tutuldu - BİRGƏ MƏLUMAT

100-dən çox insan sudan ZƏHƏRLƏNDİ

100-dən çox insan sudan ZƏHƏRLƏNDİ

SON DƏQİQƏ: Rusiyada təyyarə yaşayış evinin həyətinə düşdü - VİDEO

SON DƏQİQƏ: Rusiyada təyyarə yaşayış evinin həyətinə düşdü - VİDEO

“Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyindən erkən nikahın fəsadları ilə bağlı növbəti tədbir – FOTO

“Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyindən erkən nikahın fəsadları ilə bağlı növbəti tədbir – FOTO

Azərbaycanlı bəstəkarın Türkiyədə ölümünün TƏFƏRRÜATI

Azərbaycanlı bəstəkarın Türkiyədə ölümünün TƏFƏRRÜATI

Ermənistan parlamentində yenə dava düşdü – ANBAAN VİDEO

Ermənistan parlamentində yenə dava düşdü – ANBAAN VİDEO

Bakı və Abşeronda un UCUZLAŞDI

Bakı və Abşeronda un UCUZLAŞDI

Avropanın ən böyük limanı Rusiya ilə müharibəyə hazırlaşır: Nə baş verir?

Avropanın ən böyük limanı Rusiya ilə müharibəyə hazırlaşır: Nə baş verir?

"Böyük çöküş": Alimlər kainatın sonu üçün tarix müəyyən etdi

"Böyük çöküş": Alimlər kainatın sonu üçün tarix müəyyən etdi

Milli Məclisin iclası BAŞLADI – Hansı məsələlər müzakirə OLUNUR?

Milli Məclisin iclası BAŞLADI – Hansı məsələlər müzakirə OLUNUR?

İnsanları evindən soyudan SƏHVLƏR – Bu risklərə getməyin!

İnsanları evindən soyudan SƏHVLƏR – Bu risklərə getməyin!

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

“Neftçi” braziliyalı müdafiəçi ilə DANIŞIQLAR APARIR

“Neftçi” braziliyalı müdafiəçi ilə DANIŞIQLAR APARIR

Tanınmış biznesmenin oğlu faciəvi şəkildə HƏLAK OLDU – FOTO

Tanınmış biznesmenin oğlu faciəvi şəkildə HƏLAK OLDU – FOTO

Magistraturaya qəbulda yüksək bal toplayanların sayı AZALIB - RƏSMİ

Magistraturaya qəbulda yüksək bal toplayanların sayı AZALIB - RƏSMİ

FAKTİKİ HAVA: Bəzi yerlərdə yağış yağıb

FAKTİKİ HAVA: Bəzi yerlərdə yağış yağıb

End of content

No more pages to load

RADİO