BİZİM TƏQVİM: 8 iyulda baş vermiş tarixi hadisələr

Birinci Dünya Müharibəsinin qızğın çağında, 1918-ci il iyulun 8-də İtaliyanın şimalındakı Pyave çayı ətrafındakı Fossalt rayonunda Avstriya qoşunlarının müttəfiqlərin mövqelərini atəşə tutduğu zaman Qırmızı Xaç Cəmiyyəti Amerika Hərbi Cəbhəsinin 19 yaşlı sürücüsü ağır yaralanır.

Burada o, 26 yaşlı tibb bacısı Aqnes Korovskiyə vurulur. Lakin qız amerikalı gəncin duyğularına çox həvəssiz cavab verir. Sürücünün təkidlərinə baxmayaraq, bu eşq macərasından heç nə alınmır.  

Nəhayət, yaraları sağaldıqdan sonra öz vətəni İllinoysa qayıdan amerikalı sürücü qəhrəman kimi qarşılanır və uğursuz məhəbbətini unutmağa çalışır. İtaliyalı tibb bacısı da sürücüyə yazdığı məktubunda bildirir ki, onların arasında hər şey qurtarıb. Bu əhvalat bəlkə də böyük maraq doğurmazdı, lakin illər keçdikdən sonra bu hadisə XX əsrin ən məşhur kitablarından olan “Əlvida, silah” romanında əksini tapdı. Yaralı sürücünün adı isə Ernest Heminquey idi. 

8 iyul tarixində dünyada daha hansı hadisələr baş verib? 

1. 1796-cı ilin bu günündə ABŞ-da ilk dəfə ABŞ vətəndaşlığını göstərən sənəd (pasport) hazırlanıb. 

2. Türkiyə, İran, İraq və Əfqanıstan arasında 1937-ci ilin bu günü Sadabad Paktı imzalandı. Atatürkün təklifiylə bu 4 ölkə dünyada artan döyüş təhdidinə qarşı hücum etməmə razılığına gəldilər.    

3. 1944-cü il 8 iyulda SSRİ Ali Soveti Rəyasət Heyəti “Qəhrəman ana” fəxri adı və ordenini, eləcə də “Analıq şöhrəti” ordeni və “Analıq medalı”nı təsis etdi.  “Qəhrəman ana” ordeni 10 uşaq doğub tərbiyə edən analara verilirdi. İkinci Dünya Müharibəsindən sonra Azərbaycanda da “Qəhrəman ana” fəxri adına və ordeninə layiq görülənlər az olmayıb. 

4. 8 iyul 1982-ci ildə İraq prezidenti Səddam Hüseynə qarşı şiələrin yaşadığı Duceyl qəsəbəsində sui-qəsd cəhdi edildi. Cəhddən sonra qəsəbəyə girən İraq ordusu 148 nəfəri öldürdü. Bu hadisə İraqın işğalından sonra Səddam Hüseynə qarşı məhkəmə işinin açılmasına və Duceyl qırğınına görə onun 2006-cı ilin 30 dekabrında edam edilməsinə səbəb və bəhanə oldu. 

5. 8 iyul 1996-cı ildə Azərbaycanla Boliviya arasında diplomatik əlaqələr qurulub. 

8 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır: 

1. Təmsil janrında yazdığı əsərlərilə dünya şöhrəti qazanan, 238 nağılını 12 kitabda toplayan, uşaq ədəbiyyatının əvəzedilməz adlarından olan yazıçı Jan de la Fonten 1621-ci ilin bu günü Fransada anadan olub (1621-1695). 

2. Amerika Birləşmiş Ştatlarının məşhur sənayeçisi və dövlət xadimi Nelson Rokfeller 1908-ci ilin 8 iyulunda doğulub. Nelson Rokfeller Amerikanın siyasi həyatında da fəal iştirak edib (1908-1979). 

3. Azərbaycanın tanınmış dilçi alimi Əbdüləzəl Dəmirçizadə 1909-cu il 8 iyulda dünyaya gəlib. Ə.Dəmirçizadə Azərbaycan ədəbi dili tarixi, müasir Azərbaycan dilinin fonetikası, üslubiyyəti, etimologiyası və başqa sahələrinə dair əsərlərin, o cümlədən orta və ali məktəb dərsliklərinin müəlifidir (1909-1986). 

4. 8 iyul 1931-ci ildə Xalq artisti Zülfüqar Baratzadə (1931-1991) doğulub. 1949-cu ildən Gəncə Dövlət Dram Teatrının aktyoru olub, filmlərə çəkilib. 

5. Tanınmış ingilis yazıçısı Riçard Oldinqton 1982-ci ilin 8 iyulunda anadan olub. Özünəməxsus yazı üslublu romanları ilə Oldinqton ingilis ədəbiyyatının sonrakı inkişafına güclü təsir göstərib (1892-1962). 

6. İngiltərənin böyük istedad və nüfuza malik aktrisalarından olan, “Vaterloo körpüsü”, “Ledi hamilton” kimi filmlərilə daha çox yaddaşlarda qalan Vivyen Li 1967-ci ilin bu günü 54 yaşında həyatdan köçüb. Onun şöhrəti heç vaxt qalmaqallı hadisələrlə müşayiət olunmayıb (1913 -1967). 

7. Görkəmli opera müğənnisi, Azərbaycanın ilk qadın opera müğənnisi Xalq artisti Şövkət Məmmədova 1981-ci ilin bu günündə vəfat edib. 
 

8. 8 iyul 1888-ci ildə Azərbaycanın Xalq artisti Pyotr Jarikov anadan olub (1888-1969). Moskvada anadan olsa da Azərbaycan Dövlət Rus Dram Teatrında aktyor və rejissor kimi fəaliyyət göstərib (1928-1963). 


9. 2013-cü ilin bu günündə Xalq Yazıçısı, nasir, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Gülhüseyn Hüseynoğlu vəfat edib (1923-2013). 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Laçındakı çörək zavodundan REPORTAJ - VİDEO

Laçındakı çörək zavodundan REPORTAJ - VİDEO

Barselonada 1,5 milyona ev aldılar - FOTO

Barselonada 1,5 milyona ev aldılar - FOTO

Ukrayna dronları Putinin mətbuat katibi və köməkçisinin uçuşunu ləngitdi - VİDEO

Ukrayna dronları Putinin mətbuat katibi və köməkçisinin uçuşunu ləngitdi - VİDEO

“Karvan” daha bir futbolçu ilə müqavilə bağladı

“Karvan” daha bir futbolçu ilə müqavilə bağladı

Saç tökülməsinin inqilabi həlli: Dərman və ya saç əkimi tələb olunmur - FOTO

Saç tökülməsinin inqilabi həlli: Dərman və ya saç əkimi tələb olunmur - FOTO

Millimizin üzvü oynadı, komandası məğlub oldu

Millimizin üzvü oynadı, komandası məğlub oldu

Bu dron cəbhə xəttindən yaralı əsgərləri təxliyə edəcək

Bu dron cəbhə xəttindən yaralı əsgərləri təxliyə edəcək

"Yaşayan Nostradamus"dan yeni bədbin PROQNOZ

"Yaşayan Nostradamus"dan yeni bədbin PROQNOZ

Yapon qadınlarından ömür uzunluğuna görə yeni DÜNYA REKORDU

Yapon qadınlarından ömür uzunluğuna görə yeni DÜNYA REKORDU

Bakıda ortaaylıq əməkhaqqı artdı

Bakıda ortaaylıq əməkhaqqı artdı

Bu insanlara xəbərdarlıq: Sabah...

Bu insanlara xəbərdarlıq: Sabah...

Fransada meşə yanır - Əhali təxliyə edilir

Fransada meşə yanır - Əhali təxliyə edilir

MTK-larla provayderlər arasında QARŞIDURMA: Zəif internetin səbəbi AÇIQLANDI

MTK-larla provayderlər arasında QARŞIDURMA: Zəif internetin səbəbi AÇIQLANDI

Arvadına toxunan sərxoş şəxsi bir zərbə ilə belə yerə sərdi - VİDEO

Arvadına toxunan sərxoş şəxsi bir zərbə ilə belə yerə sərdi - VİDEO

Arif Babayevin vəziyyəti açıqlandı

Arif Babayevin vəziyyəti açıqlandı

Polis çimərliklərdə vətəndaşlara bunu məsləhət görür - FOTO

Polis çimərliklərdə vətəndaşlara bunu məsləhət görür - FOTO

Masallıda da yanğın başladı - FOTO

Masallıda da yanğın başladı - FOTO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Yardımlıda möhtəşəm tapıntı: Daş qutu, küp və torpaq qəbir abidələri... - FOTO

Yardımlıda möhtəşəm tapıntı: Daş qutu, küp və torpaq qəbir abidələri... - FOTO

Şirvanlı çimərliyində antisanitariya: Zibil dənizə tökülür - FOTO

Şirvanlı çimərliyində antisanitariya: Zibil dənizə tökülür - FOTO

TƏBİB-dən toyda yıxılan gənclə bağlı AÇIQLAMA

TƏBİB-dən toyda yıxılan gənclə bağlı AÇIQLAMA

İran parlamentində telefondan istifadə qadağan edildi

İran parlamentində telefondan istifadə qadağan edildi

Qadınları ən çox dəli edən kişilər

Qadınları ən çox dəli edən kişilər

Avropada ən çox mobil telefon oğurlanan ÖLKƏ

Avropada ən çox mobil telefon oğurlanan ÖLKƏ

End of content

No more pages to load

RADİO