Balakəndə bacısını bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilən Adil Sayılovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bizim.Media xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Günay Aşurovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Adil Sayılovun cinayəti sübuta yetirilib və o, 7 il 10 ay müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin mart ayında Balakən rayonunda baş verib.
Belə ki, 1973-cü il təvəllüdlü Adil Sayılov ailə münaqişəsi zəminində özündən 12 yaş böyük olan bacısı, 1961-ci il təvəllüdlü Həlimət Məmmədovanı bıçaqlayıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Həlimət Məmmədova xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib. (Apa.az)
Bizim.Media