Yay aylarının sevilən meyvələrindən biri olan qarpız təkcə sərinləşdirici dadı ilə deyil, həm də sağlamlıq baxımından olduqca faydalı xüsusiyyətləri ilə seçilir.
Bizim.Media xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, qarpızın tərkibindəki su, vitamin və antioksidantlar insan orqanizmi üçün bir çox müsbət təsirə malikdir.
Orqanizmi nəmləndirir – Qarpızın 90%-dən çoxu sudan ibarətdir. Bu xüsusilə yayda su itkisini bərpa etmək üçün idealdır.
Qan təzyiqini tənzimləyir – Tərkibindəki likopin və kalium maddələri ürək-damar sisteminə müsbət təsir göstərir.
İmmuniteti gücləndirir – A, C və B6 vitaminləri ilə zəngin olduğu üçün immun sisteminin güclənməsinə kömək edir.
Dərinin təravətli qalmasını təmin edir – Antioksidantlar sayəsində dərini yeniləyir, günəşin zərərli təsirlərindən qoruyur.
Həzm sisteminə dəstək olur – Lifli quruluşu bağırsaqların fəaliyyətini yaxşılaşdırır və qəbizliyin qarşısını alır.
Mütəxəssislər qarpızın əsas yeməkdən sonra deyil, aralıqda qəlyanaltı kimi yeyilməsini tövsiyə edirlər. Soyuq halda yeyilməsi yay günlərində həm susuzluğu yatırır, həm də bədəni sərinlədir.
Qeyd edək ki, qarpız həm azkalorili, həm də doyumlu meyvə olduğundan pəhriz saxlayanlar üçün də uyğun seçimdir. (Metbuat.az)
Bizim.Media