Taksi sürücüləri sabah imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) taksi minik avtomobili sürücüləri üçün iyulun 8-də imtahan keçirəcək.

DİM-dən Bizim.Media-ya bildirilib ki, imtahanda iştirak etmək üçün 1584 nəfər qeydiyyatdan keçib.

İmtahanın keçirilməsi üçün 20 imtahan rəhbəri, 104 nəzarətçi və 6 buraxılış rejimi əməkdaşı ayrılıb.

İmtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı), həmçinin Gəncə və Bərdə regional bölmələrində keçiriləcək.
 

İmtahan 1 saat davam edəcək. İştirakçılar imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olacaqlar. Nəticələr, həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.


Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsilə çap edə bilərlər. İştirakçılar “İmtahana buraxılış vərəqəsi”ndə göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar.

İmtahana gələrkən namizədlər “İmtahana buraxılış vərəqəsi” və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər.

Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq. İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim ediləcək.

Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndiriləcək.

Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərməyəcək. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rektor təyin olunan Nazim Pənahov KİMDİR? – DOSYE

Rektor təyin olunan Nazim Pənahov KİMDİR? – DOSYE

Balakəndə bacısını qətlə yetirən şəxsə HÖKM OXUNDU

Balakəndə bacısını qətlə yetirən şəxsə HÖKM OXUNDU

Rusiyadan dəhşətli xəbərlər gəlir: Bu sektordakı azərbaycanlılar...

Rusiyadan dəhşətli xəbərlər gəlir: Bu sektordakı azərbaycanlılar...

Balabəy Ağakişiyev VƏFAT EDİB - FOTO

Balabəy Ağakişiyev VƏFAT EDİB - FOTO

Nazim Pənahov rektor təyin edildi - SƏRƏNCAM

Nazim Pənahov rektor təyin edildi - SƏRƏNCAM

Dərgah Haqverdiyev: “Ermənilər zəng vurub deyirdilər ki...”

Dərgah Haqverdiyev: “Ermənilər zəng vurub deyirdilər ki...”

Çamadanı əllərində qalmış hind turistləri – Azərbaycandan niyə QAÇAQ DÜŞDÜLƏR?

Çamadanı əllərində qalmış hind turistləri – Azərbaycandan niyə QAÇAQ DÜŞDÜLƏR?

“Kəpəz” Fofana ilə razılığa GƏLDİ

“Kəpəz” Fofana ilə razılığa GƏLDİ

Azərbaycanda bəzi müəllimlərə 2250 manat veriləcək - SİYAHI

Azərbaycanda bəzi müəllimlərə 2250 manat veriləcək - SİYAHI

İranda görünməmiş olay: Xamenei məsciddə görün nə istədi – VİDEO

İranda görünməmiş olay: Xamenei məsciddə görün nə istədi – VİDEO

TƏCİLİ! Manatla verilmiş kreditlər BAHALAŞDI

TƏCİLİ! Manatla verilmiş kreditlər BAHALAŞDI

Bakıda 36 yaşlı qadın xüsusi amansızlıqla öldürüldü, əri SAXLANILDI

Bakıda 36 yaşlı qadın xüsusi amansızlıqla öldürüldü, əri SAXLANILDI

Ev şəraitində işləyərkən sağlam qidalanmanın önəmi

Ev şəraitində işləyərkən sağlam qidalanmanın önəmi

Cövdət Şükürov ilk dəfə anası ilə bağlı paylaşım etdi

Cövdət Şükürov ilk dəfə anası ilə bağlı paylaşım etdi

Ermənistanda daha 2 nəfər SAXLANILDI

Ermənistanda daha 2 nəfər SAXLANILDI

“Kubinka”da TƏHLÜKƏ - Kanalizasiya lyuku ölüm saçır – FOTO/VİDEO

“Kubinka”da TƏHLÜKƏ - Kanalizasiya lyuku ölüm saçır – FOTO/VİDEO

Polşa Almaniya ilə sərhəddə xüsusi əməliyyata başladı

Polşa Almaniya ilə sərhəddə xüsusi əməliyyata başladı

Azərbaycanlı ABŞ-nin səhiyyə sistemindən 137 milyon dollar ələ keçirib

Azərbaycanlı ABŞ-nin səhiyyə sistemindən 137 milyon dollar ələ keçirib

Sabah da yağış yağacaq – PROQNOZ

Sabah da yağış yağacaq – PROQNOZ

Güneyli gənc qız Məsud Pezeşkiana elə bir şeir dedi ki... - VİDEO

Güneyli gənc qız Məsud Pezeşkiana elə bir şeir dedi ki... - VİDEO

“Araz Naxçıvan”ın kapitanı bu klubla ANLAŞDI

“Araz Naxçıvan”ın kapitanı bu klubla ANLAŞDI

Qusarda “Nəğməli görüşlər” rəngarəng REPERTUARDA – FOTO

Qusarda “Nəğməli görüşlər” rəngarəng REPERTUARDA – FOTO

Paşinyana "xain" deyənlər məhkəməlik OLDULAR - DETALLAR

Paşinyana "xain" deyənlər məhkəməlik OLDULAR - DETALLAR

SON DƏQİQƏ! İndoneziyada dəhşətli vulkan püskürməsi – ANBAAN VİDEO

SON DƏQİQƏ! İndoneziyada dəhşətli vulkan püskürməsi – ANBAAN VİDEO

End of content

No more pages to load

RADİO