Sahibini gözləyən kreslolar – SİYAHI

Azərbaycanda dövlət idarəetmə strukturlarında mütəmadi olaraq kadr islahatları aparılır. Bunun nəticəsidir ki, bir sıra yüksək vəzifələri tutan məmurlar vəzifələrindən azad olunublar. Onlardan bəziləri başqa vəzifələrə təyin olunsalar da, birdəfəlik kreslosu ilə vidalaşanlar da az deyil.

Maraqlıdır ki, bir sıra məmurlar vəzifələrindən azad edilsələr də, onların yerinə hələlik təyinat olmayıb.

Bizim.Media boş qalan məmur kreslolarının siyahısını təqdim edir:

Ekologiya və təbii sərvətlər naziri


2018–2025-ci illərdə Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri ola Muxtar Babayev bu ilin fevralında vəzifəsindən azad edilib. O, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib. Lakin ekologiya və təbii sərvətlər naziri vəzifəsinə hələlik yeni təyinat olmayıb.

Qax rayonunun icra başçısı


Qax rayonu İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən 21 iyun 2025-ci il tarixində həbs edilib. Bundan sonra Prezident İlham Əliyevin sərəncamı ilə Şəkiliyev vəzifəsindən uzaqlaşdırılıb.

Culfa rayonunun icra başçısı


Culfa rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev ötən ilin avqust ayında vəzifədən azad edilib. Hələlik onun yerinə heç kim təyin edilməyib.

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin İdarə Heyətinin sədri


“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Köçərli Həsənov ötən ilin sentyabrında vəfat edib. O, İstanbulda ürək əməliyyatı keçirəndən sonra həyatını itirib. Köçərli Həsənovdan sonra sözügedən vəzifəyə təyinat olmayıb. Lakin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinin sədrlik müvəqqəti olaraq Tahir Xəlilova həvalə olunub.

Nəsimi rayonunun icra başçısı


Nəsimi Rayon İcra Hakimiyyətinin sonuncu başçısı Asif Əsgərov olub. O, 2024-cü ilin sentyabrın 1-də keçirilən parlament seçkilərində Milli Məclisin deputat seçilib. Prezident İlham Əliyevin sərəncamı ilə Asif Əsgərov vəzifəsindən azad edilib. Onun yerinə hələlik təyinat olmayıb.

Naxçıvan MR Ali Məclisinin sədri


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin kreslosu da bir neçə ildir ki, boşdur. Vasif Talıbov 21 dekabr 2022-ci il tarixdə bu vəzifədən istefa verib.

Dövlət Dəniz Akademiyasının rektoru


Azərbaycan Dövlət Dəniz Akademiyası da rektorsuz universitetlər sırasındadır. Ali təhsil müəssisəsinin rektoru Heydər Əsədov parlamentin deputatı seçildikdən sonra vəzifəsindən azad edilib.

Naxçıvan Müəllimlər İnstitutunun rektoru


Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov da Ali Məclisin deputatı seçildiyi üçün vəzifəsini itirib. O, oktyabrın 27-də vəzifəsindən azad edilib.

DSX Akademiyasının rəisi


Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının rəisi general-mayor Azər İbrahimov bu ilin oktyabr ayında vəzifəsindən azad edilib. Akademiyanın rəisi vəzifəsinin icrası general-mayor Faiq Məmmədova həvalə edilib.

Ağdərə rayonunun icra başçısı

Başçısı olmayan qurumlardan biri də Ağdərə Rayonun İcra Hakimiyyətidir. 2023-cü ilin dekabr ayında Prezident İlham Əliyevin sərəncamı ilə Ağdərə Rayon İcra Hakimiyyəti yaradılıb. Qərarda Nazirlər Kabinetinə Ağdərə Rayon İcra Hakimiyyətinin fəaliyyətinin təşkili məqsədilə zəruri maliyyə vəsaitinin ayrılması və inzibati bina ilə təmin olunması üçün bir ay müddətində tədbirlər görməsi tapşırılıb. İcra Hakimiyyətinə hələlik başçı təyin olunmayıb.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu rayonda əməliyyat keçirildi - Saxlanılanlar var

Bu rayonda əməliyyat keçirildi - Saxlanılanlar var

“Neftçi” yeni legionerinə görə nə qədər pul XƏRCLƏYİB?

“Neftçi” yeni legionerinə görə nə qədər pul XƏRCLƏYİB?

Məktəbəqədər təhsilə cəlb olunan uşaqların SAYI AÇIQLANDI

Məktəbəqədər təhsilə cəlb olunan uşaqların SAYI AÇIQLANDI

“Dəhlizlər savaşı”nın yeni RAUNDU – Trampın Zəngəzur planının PƏRDƏARXASI

“Dəhlizlər savaşı”nın yeni RAUNDU – Trampın Zəngəzur planının PƏRDƏARXASI

Pezeşkian sirləri AÇDI – İsrail ona qarşı da sui-qəsd təşkil edib – VİDEO

Pezeşkian sirləri AÇDI – İsrail ona qarşı da sui-qəsd təşkil edib – VİDEO

Aysun İsmayılovanın keçmiş həyat yoldaşı qızı ilə bağlı paylaşım etdi - FOTO

Aysun İsmayılovanın keçmiş həyat yoldaşı qızı ilə bağlı paylaşım etdi - FOTO

KİV: Kurenkovun təyyarəsi Bakıya eniş etməyə hazırlaşır – FOTO

KİV: Kurenkovun təyyarəsi Bakıya eniş etməyə hazırlaşır – FOTO

Azərbaycanda əsgərlik yaşı DƏYİŞİR?

Azərbaycanda əsgərlik yaşı DƏYİŞİR?

"Qiyamət Radiosu" yeni mesaj göndərdi - Bu dəfə nə baş verəcək?

"Qiyamət Radiosu" yeni mesaj göndərdi - Bu dəfə nə baş verəcək?

Salyanda DƏHŞƏT – 3 yaşlı uşaq sirkə turşusundan ZƏHƏRLƏNDİ - FOTO

Salyanda DƏHŞƏT – 3 yaşlı uşaq sirkə turşusundan ZƏHƏRLƏNDİ - FOTO

Cəbrayıl: günəşli gündüzlər, işıqlı gecələr… - VİDEO

Cəbrayıl: günəşli gündüzlər, işıqlı gecələr… - VİDEO

Juninyo “Qarabağ”a qayıdır?

Juninyo “Qarabağ”a qayıdır?

Namiq Qaraçuxurlu ilk dəfə həyat yoldaşından danışdı

Namiq Qaraçuxurlu ilk dəfə həyat yoldaşından danışdı

Şəxsiyyət vəsiqələrində mühüm DƏYİŞİKLİK – Yeni QANUN qəbul edildi

Şəxsiyyət vəsiqələrində mühüm DƏYİŞİKLİK – Yeni QANUN qəbul edildi

Ən şanslı gündə doğulan bürclər açıqlandı

Ən şanslı gündə doğulan bürclər açıqlandı

Direktorların işə qəbulu üzrə müsabiqənin nəticələri AÇIQLANDI

Direktorların işə qəbulu üzrə müsabiqənin nəticələri AÇIQLANDI

Məşhurlar qalmaqallı prodüserin məhkəməsinə axın etdi - Video

Məşhurlar qalmaqallı prodüserin məhkəməsinə axın etdi - Video

Bakıda diplomatik xidmət rəhbərlərinin IX müşavirəsi keçirildi – FOTO

Bakıda diplomatik xidmət rəhbərlərinin IX müşavirəsi keçirildi – FOTO

“Sumqayıt”ın yeni baş məşqçisi BƏLLİ OLDU – RƏSMİ

“Sumqayıt”ın yeni baş məşqçisi BƏLLİ OLDU – RƏSMİ

Vərəsəliklə bağlı yeni qaydalar - Prezident TƏSDİQLƏDİ

Vərəsəliklə bağlı yeni qaydalar - Prezident TƏSDİQLƏDİ

Xaçmazda anasını telefona görə qətlə yetirən 15 yaşlı oğlana bu CƏZA verildi – ÖZƏL

Xaçmazda anasını telefona görə qətlə yetirən 15 yaşlı oğlana bu CƏZA verildi – ÖZƏL

SON DƏQİQƏ! Əhaliyə XƏBƏRDARLIQ edildi – Bu gündən başlayaraq...

SON DƏQİQƏ! Əhaliyə XƏBƏRDARLIQ edildi – Bu gündən başlayaraq...

Rusiya polisindən miqrantlara qarşı növbəti SƏRT ADDIM – Bu dəfə atlarla... – ANBAAN VİDEO

Rusiya polisindən miqrantlara qarşı növbəti SƏRT ADDIM – Bu dəfə atlarla... – ANBAAN VİDEO

Şəkidə ağır qəza: Bir nəfər yaralandı

Şəkidə ağır qəza: Bir nəfər yaralandı

End of content

No more pages to load

RADİO