Bakı Limanına baş direktor təyin edilib

Eldar Salahov “AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin “Bakı Beynəlxalq Dəniz Limanı” MMC-nin baş direktoru təyin edilib.

Bizim.Media xəbər verir ki, Eldar Adil oğlu Salahov Bakıda anadan olub.

1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunda maliyyə ixtisası üzrə təhsil alıb. 2014-cü ildə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi əldə edib.
 

1998–2001-ci illərdə BMT İnkişaf Proqramının (UNDP) azad iqtisadi zonaların texniki-iqtisadi əsaslandırılması üzrə eksperti, 2001–2002-ci illərdə İqtisadi İnkişaf Naziriliyinin İnvestisiya siyasəti şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışıb. 2003–2016-cı illərdə müxtəlif özəl şirkətlərdə və beynəlxalq layihələrdə baş direktor, vitse-prezident kimi rəhbər vəzifələrdə işləyib.


E.Salahov 2016-cı ildən fəaliyyətini Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində şöbə müdiri, 2019-cu ildən Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Beynəlxalq əlaqələr və informasiya texnologiyaları şöbəsinin müdir müavini, Beynəlxalq əməkdaşlıq və protokol şöbəsinin müdiri vəzifələrində davam etdirib.

“Bakı şəhərinin 2020–2040-cı illər üzrə Baş planı”nın layihə idarəetmə qrupunun rəhbəri, işğaldan azad edilmiş ərazilərin “Ümumi planı”, eləcə də Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Şuşa, Kəlbəcər və Laçın şəhərlərinin “Baş plan”larının hazırlanması üzrə yaradılmış işçi qruplarının rəhbər müavini, habelə BMT-nin nüfuzlu tədbirlərindən biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF#13) 2026-cı ildə Bakı şəhərində təşkili hüququnun əldə edilməsi üzrə beynəlxalq tenderdə iştirak məqsədilə yaradılmış layihə idarəetmə qrupunun rəhbəri olub.

E.Salahov ADY-də karyerasına 2024-cü ilin sentyabrından başlayıb, Beynəlxalq əlaqələr departamentinin müdiri olub.
 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 fevral 2025-ci il tarixli sərəncamına əsasən, “Azərbaycan Dəmir Yolları” QSC Bakı Limanının ona qoşulması formasında yenidən təşkil edilib.


Məqsəd dəmiryol nəqliyyatı sahəsində nəqliyyat əməliyyatlarını və logistika proseslərini daha səmərəli və operativ qaydada həyata keçirmək, eləcə də dəniz nəqliyyatına olan ehtiyacların daha dolğun ödənilməsini təmin etməkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məşhurlar qalmaqallı prodüserin məhkəməsinə axın etdi - Video

Məşhurlar qalmaqallı prodüserin məhkəməsinə axın etdi - Video

Bakıda diplomatik xidmət rəhbərlərinin IX müşavirəsi keçirildi – FOTO

Bakıda diplomatik xidmət rəhbərlərinin IX müşavirəsi keçirildi – FOTO

“Sumqayıt”ın yeni baş məşqçisi BƏLLİ OLDU – RƏSMİ

“Sumqayıt”ın yeni baş məşqçisi BƏLLİ OLDU – RƏSMİ

Vərəsəliklə bağlı yeni qaydalar - Prezident TƏSDİQLƏDİ

Vərəsəliklə bağlı yeni qaydalar - Prezident TƏSDİQLƏDİ

Xaçmazda anasını telefona görə qətlə yetirən 15 yaşlı oğlana bu CƏZA verildi – ÖZƏL

Xaçmazda anasını telefona görə qətlə yetirən 15 yaşlı oğlana bu CƏZA verildi – ÖZƏL

SON DƏQİQƏ! Əhaliyə XƏBƏRDARLIQ edildi – Bu gündən başlayaraq...

SON DƏQİQƏ! Əhaliyə XƏBƏRDARLIQ edildi – Bu gündən başlayaraq...

Rusiya polisindən miqrantlara qarşı növbəti SƏRT ADDIM – Bu dəfə atlarla... – ANBAAN VİDEO

Rusiya polisindən miqrantlara qarşı növbəti SƏRT ADDIM – Bu dəfə atlarla... – ANBAAN VİDEO

Şəkidə ağır qəza: Bir nəfər yaralandı

Şəkidə ağır qəza: Bir nəfər yaralandı

Əhaliyə XƏBƏRDARLIQ – “Bazara keyfiyyətsiz ət məhsulları daxil ola bilər”

Əhaliyə XƏBƏRDARLIQ – “Bazara keyfiyyətsiz ət məhsulları daxil ola bilər”

Natiq Cəfərlinin atası vəfat edib? – YENİLƏNİB

Natiq Cəfərlinin atası vəfat edib? – YENİLƏNİB

AZAL-dan YENİLİK – Səfərlərinizi yeni onlayn xidmətlə daha rahat planlaşdırın!

AZAL-dan YENİLİK – Səfərlərinizi yeni onlayn xidmətlə daha rahat planlaşdırın!

Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı

Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı

Gündüz vaxtı parkda iki gənc… - POLİS ONLARI SAXLADI – VİDEO

Gündüz vaxtı parkda iki gənc… - POLİS ONLARI SAXLADI – VİDEO

Peskov: “Moskva ilə Bakı tərəfdaş və müttəfiq olaraq qalmalıdır” – VİDEO

Peskov: “Moskva ilə Bakı tərəfdaş və müttəfiq olaraq qalmalıdır” – VİDEO

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları...

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları...

Türkiyədə meşə yanğınlarına görə 13 nəfər TUTULDU

Türkiyədə meşə yanğınlarına görə 13 nəfər TUTULDU

Bakıda quldurluq edən şəxs TUTULDU

Bakıda quldurluq edən şəxs TUTULDU

Azərbaycanla Çin arasında bu müqavilə təsdiqləndi

Azərbaycanla Çin arasında bu müqavilə təsdiqləndi

Rektor təyin olunan Nazim Pənahov KİMDİR? – DOSYE

Rektor təyin olunan Nazim Pənahov KİMDİR? – DOSYE

Balakəndə bacısını qətlə yetirən şəxsə HÖKM OXUNDU

Balakəndə bacısını qətlə yetirən şəxsə HÖKM OXUNDU

Rusiyadan dəhşətli xəbərlər gəlir: Bu sektordakı azərbaycanlılar...

Rusiyadan dəhşətli xəbərlər gəlir: Bu sektordakı azərbaycanlılar...

Balabəy Ağakişiyev VƏFAT EDİB - FOTO

Balabəy Ağakişiyev VƏFAT EDİB - FOTO

Nazim Pənahov rektor təyin edildi - SƏRƏNCAM

Nazim Pənahov rektor təyin edildi - SƏRƏNCAM

Dərgah Haqverdiyev: “Ermənilər zəng vurub deyirdilər ki...”

Dərgah Haqverdiyev: “Ermənilər zəng vurub deyirdilər ki...”

End of content

No more pages to load

RADİO