Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyulun 4-də başlanan Şəki “İpək Yolu” XIV Beynəlxalq Musiqi Festivalı uğurla başa çatıb.
Üç gün davam edən festival çərçivəsində musiqisevərlər, şəhərin qonaqları, yerli sakinlər Türkiyə və Çin Xalq Respublikasının, eləcə də Azərbaycanın tanınmış musiqi kollektivlərinin, istedadlı musiqiçilərin çıxışlarını izləyiblər.
Bizim.Media müxbiri xəbər verir ki, iyulun 6-da axşam “Marxal” kompleksinin Yay Teatrında festivalın təntənəli bağlanış mərasimi olub. Tədbirdə festivalın təşkilatçı qurumlarının, Azərbaycanın TÜRKSOY təşkilatındakı nümayəndəliyinin rəsmiləri, şəhid ailələrinin üzvləri, şəhərin qonaqları, musiqisevərlər iştirak ediblər.
Mərasimdə Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestri tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış edib. Konsert Vətən müharibəsindəki şanlı Zəfərimizin 5 illiyinə həsr edilib.
Bizim.Media