Xankəndi tikiş fabrikində 500 nəfər işlə TƏMİN EDİLƏCƏK - FOTO

Xankəndi tikiş fabrikinin qurulması Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkə Prezidentlərinin tapşırıqları əsasında həyata keçirilib. Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan tikiş fabriki iki ölkə arasında uğurlu əməkdaşlığın rəmzidir. Layihə ölkəmizdə yüngül sənayenin inkişafı üçün yeni imkanlar yaratmaqla yanaşı, Azərbaycan və Özbəkistan arasında ənənəvi dostluq və iqtisadi tərəfdaşlıq əlaqələrinin inkişafına xidmət edir.

Bizim.Media xəbər verir ki, müəssisədə icra olunan layihənin ilkin investisiya dəyəri 6 milyon manatdır. Fabrikin xammal tədarükü üçün birgə sənaye əməkdaşlığı həyata keçirilir. Müəssisə yerli, eləcə də, Türkiyə, Özbəkistan və Çin xammalı əsasında fəaliyyət göstərir. Müəssisənin qurulmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 3,5 milyon manat güzəştli kredit ayrılıb. Təsdiqedici sənədlər əsasında təqribən 640 min manat məbləğində ƏDV və gömrük rüsumlarından azadolma tətbiq edilib.
 

Müəssisənin fəaliyyəti regionda qeyri-neft məhsullarının ixracının artımına əhəmiyyətli töhfə verəcək. Fabrikdə istehsal olunacaq məhsulların 80 faizinin müxtəlif ölkələrə ixracı həyata keçiriləcək. 1,2 hektar ərazini əhatə edən fabrikdə hazırda gündəlik 2 min 500 ədəd müxtəlif trikotaj məhsulları istehsal edilir ki, gələcəkdə bu rəqəmin 10 minə çatdırılması nəzərdə tutulur.


Layihənin ilkin mərhələsi üzrə peşəkar təlim almış 250 nəfər hazırda işlə təmin olunub. Ümumilikdə müəssisədə 500 iş yerinin yaradılması planlaşdırılıb. Müəssisədə əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşların məşğulluğuna xüsusi diqqət yetirilib.

Fabrikdə müxtəlif növ parçalardan geyim məhsulları istehsal olunur. Əsasən 150 çeşiddə kişi, 300 çeşiddə qadın və 150 çeşiddə uşaq geyimləri istehsal edilir. Gələcəkdə müxtəlif növ kişi köynəklərinin, xüsusi təyinatlı və hərbi geyimlərin istehsalı planlaşdırılır.

Xatırladaq ki, iyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Xankəndi şəhərindəki Azərbaycan - Özbəkistan birgə müəssisəsi olan “Businesstex JV” tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ermənistandan Ukraynaya CAVAB

Ermənistandan Ukraynaya CAVAB

“Neftçi” məşhur braziliyalı futbolçu ilə danışıq aparır

“Neftçi” məşhur braziliyalı futbolçu ilə danışıq aparır

Türkan Şoray buna görə ekranlara çıxmır

Türkan Şoray buna görə ekranlara çıxmır

Azərbaycanın iki rayonunda İŞIQ OLMAYACAQ

Azərbaycanın iki rayonunda İŞIQ OLMAYACAQ

Goranboyda avtomobil yol kənarındakı maneəyə çırpıldı - FOTO

Goranboyda avtomobil yol kənarındakı maneəyə çırpıldı - FOTO

Şəki “İpək Yolu” Musiqi Festivalı başa çatdı

Şəki “İpək Yolu” Musiqi Festivalı başa çatdı

Cüdoçumuz Avropa Kubokunda gümüş medal qazandı - FOTO

Cüdoçumuz Avropa Kubokunda gümüş medal qazandı - FOTO

Beyləqanda hündürlükdən yıxılan usta VƏFAT ETDİ

Beyləqanda hündürlükdən yıxılan usta VƏFAT ETDİ

Bu tarixlərdə gün qısalacaq - SƏBƏB

Bu tarixlərdə gün qısalacaq - SƏBƏB

Gəncədə avtomobil piyadanı vurdu

Gəncədə avtomobil piyadanı vurdu

Araqçi: “ABŞ və İsrail məsuliyyətə cəlb olunmalıdır”

Araqçi: “ABŞ və İsrail məsuliyyətə cəlb olunmalıdır”

Temu insanları aldadır

Temu insanları aldadır

Gürcüstanda məşhur iş adamı TUTULDU

Gürcüstanda məşhur iş adamı TUTULDU

Xaçmazda ağac minik avtomobilinin üstünə aşdı - FOTO

Xaçmazda ağac minik avtomobilinin üstünə aşdı - FOTO

“Karvan” “Turan Tovuz”un üzvü ilə anlaşdı

“Karvan” “Turan Tovuz”un üzvü ilə anlaşdı

Qərbi Azərbaycan İcması İlham Əliyevə təşəkkür etdi

Qərbi Azərbaycan İcması İlham Əliyevə təşəkkür etdi

Yevlaxda 40 yaşlı kişi itkin düşdü - ÖZƏL

Yevlaxda 40 yaşlı kişi itkin düşdü - ÖZƏL

“Araz Naxçıvan” 9 oyunçu ilə yollarını ayırdı

“Araz Naxçıvan” 9 oyunçu ilə yollarını ayırdı

Şeremetyevo hava limanında 171 reys ləğv edilib, 56-sı gecikir

Şeremetyevo hava limanında 171 reys ləğv edilib, 56-sı gecikir

Fatimə Kərimdən üzr istədi

Fatimə Kərimdən üzr istədi

Gənclər qeyri-rəsmi yaşamağı niyə üstün tuturlar?

Gənclər qeyri-rəsmi yaşamağı niyə üstün tuturlar?

“Turan Tovuz” “Traktor”la yoldaşlıq oyunu keçirəcək

“Turan Tovuz” “Traktor”la yoldaşlıq oyunu keçirəcək

Pərvin Abıyeva: "Dodaqlarım da təbiidir"

Pərvin Abıyeva: "Dodaqlarım da təbiidir"

Qardaş ölkədə zəlzələ oldu

Qardaş ölkədə zəlzələ oldu

End of content

No more pages to load

RADİO