Ucarda qəza olub, xəsarət alanlar var.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Küçəkənd kəndindən keçən hissəsində baş verib.
Göyçay rayon sakini Arzu İkram qızı Feyzullayevanın idarə etdiyi " KİA" və Bakı şəhər sakini Mahir Bəylər oğlu Şükürovun idarə etdiyi "Lexus" markalı minik avtomobilləri toqquşub.
Nəticədə Bakı şəhər sakinləri 34 yaşlı Türkan İlqar qızı Orucova, 9 yaşll Məriyəm Bəylər qızı Şükürlü və 11 yaşlı Məltəm Mahir qızı Şükürlü müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Aran bürosu