Ağdam–Xankəndi dəmir yolu bu tarixdə istifadəyə veriləcək - FOTO-VİDEO

“Qarqar çayının sağ sahilində, 6,4 hektar ərazidə Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi tikiləcək. Artıq Kompleksin layihələndirilməsi işlərinə başlanılıb. Beşmərtəbəli kompleksin ərazisində 2 dəmir yolu platformasının və 12 avtobus dayanacağının inşası nəzərdə tutulub”.

Bizim.Media xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Hacıyev bildirib.

Onun sözlərinə görə, Kompleksin dəmir yolu bölməsi gündəlik 800-1000 nəfər, avtovağzal isə 1000-1200 nəfər sərnişinə xidmət edəcək:

“Kompleksə çay ətrafında bulvar, körpülər, perron altı keçid daxildir. Bundan başqa avtomobil dayanacaqları, elektrik avtomobilləri üçün enerji doldurma cihazları, velosiped yolu və dayanacağı nəzərdə tutulub.
 

Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi əvvəlki vağzalla müqayisədə şəhər mərkəzinə 4 km daha yaxın məsafədə yerləşir. Bu da gələcəkdə şəhər sakinlərinin ictimai nəqliyyata əlçatanlığını təmin edəcək.


Ümumilikdə Ağdam-Xankəndi dəmir yolu boyunca Əsgəran və Xocalı stansiyalarının, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin və digər zəruri infrastrukturun tikintisi nəzərdə tutulur.

Bərdə-Ağdam dəmir yolu xəttinin davamı olan Ağdam–Xankəndi dəmir yolu xəttinin uzunluğu 28 kilometrdir. Ağdam–Xankəndi dəmir yolu xətti üzrə layihələndirmə işləri tamamlanıb. Layihənin icra müddəti 2025–2026-cı illəri əhatə edəcək”.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Neftçi” məşhur braziliyalı futbolçu ilə danışıq aparır

“Neftçi” məşhur braziliyalı futbolçu ilə danışıq aparır

Türkan Şoray buna görə ekranlara çıxmır

Türkan Şoray buna görə ekranlara çıxmır

Azərbaycanın iki rayonunda İŞIQ OLMAYACAQ

Azərbaycanın iki rayonunda İŞIQ OLMAYACAQ

Goranboyda avtomobil yol kənarındakı maneəyə çırpıldı - FOTO

Goranboyda avtomobil yol kənarındakı maneəyə çırpıldı - FOTO

Şəki “İpək Yolu” Musiqi Festivalı başa çatdı

Şəki “İpək Yolu” Musiqi Festivalı başa çatdı

Cüdoçumuz Avropa Kubokunda gümüş medal qazandı - FOTO

Cüdoçumuz Avropa Kubokunda gümüş medal qazandı - FOTO

Beyləqanda hündürlükdən yıxılan usta VƏFAT ETDİ

Beyləqanda hündürlükdən yıxılan usta VƏFAT ETDİ

Bu tarixlərdə gün qısalacaq - SƏBƏB

Bu tarixlərdə gün qısalacaq - SƏBƏB

Gəncədə avtomobil piyadanı vurdu

Gəncədə avtomobil piyadanı vurdu

Araqçi: “ABŞ və İsrail məsuliyyətə cəlb olunmalıdır”

Araqçi: “ABŞ və İsrail məsuliyyətə cəlb olunmalıdır”

Temu insanları aldadır

Temu insanları aldadır

Gürcüstanda məşhur iş adamı TUTULDU

Gürcüstanda məşhur iş adamı TUTULDU

Xaçmazda ağac minik avtomobilinin üstünə aşdı - FOTO

Xaçmazda ağac minik avtomobilinin üstünə aşdı - FOTO

“Karvan” “Turan Tovuz”un üzvü ilə anlaşdı

“Karvan” “Turan Tovuz”un üzvü ilə anlaşdı

Qərbi Azərbaycan İcması İlham Əliyevə təşəkkür etdi

Qərbi Azərbaycan İcması İlham Əliyevə təşəkkür etdi

Yevlaxda 40 yaşlı kişi itkin düşdü - ÖZƏL

Yevlaxda 40 yaşlı kişi itkin düşdü - ÖZƏL

“Araz Naxçıvan” 9 oyunçu ilə yollarını ayırdı

“Araz Naxçıvan” 9 oyunçu ilə yollarını ayırdı

Şeremetyevo hava limanında 171 reys ləğv edilib, 56-sı gecikir

Şeremetyevo hava limanında 171 reys ləğv edilib, 56-sı gecikir

Fatimə Kərimdən üzr istədi

Fatimə Kərimdən üzr istədi

Gənclər qeyri-rəsmi yaşamağı niyə üstün tuturlar?

Gənclər qeyri-rəsmi yaşamağı niyə üstün tuturlar?

“Turan Tovuz” “Traktor”la yoldaşlıq oyunu keçirəcək

“Turan Tovuz” “Traktor”la yoldaşlıq oyunu keçirəcək

Pərvin Abıyeva: "Dodaqlarım da təbiidir"

Pərvin Abıyeva: "Dodaqlarım da təbiidir"

Qardaş ölkədə zəlzələ oldu

Qardaş ölkədə zəlzələ oldu

Xankəndi tikiş fabrikində 500 nəfər işlə TƏMİN EDİLƏCƏK - FOTO

Xankəndi tikiş fabrikində 500 nəfər işlə TƏMİN EDİLƏCƏK - FOTO

End of content

No more pages to load

RADİO