Xankəndidə Zəfər Tağının üst hissəsində şəhərə baxış meydançası yaradılır - FOTO

Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın, qazandığı möhtəşəm tarixi Qələbənin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasının rəmzi olaraq Xankəndi şəhərində Zəfər parkının salınması istiqamətində işlər sürətlə davam etdirilir.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı yayıb.

Onun sözlərinə görə, Zəfər parkının təməli Prezident İlham Əliyev tərəfindən bu ilin fevralında qoyulub:

“Sahəsi 8,3 hektar olacaq parkın ərazisində işğal dövründə tikinti normaları pozulmaqla inşa edilmiş, eləcə də istismara yararsız bir sıra tikililər sökülüb. Parkın mərkəzində Qələbəmizin rəmzi olan Zəfər Tağının tikintisi də davam edir. Onun hündürlüyü Vətən müharibəsi günlərinin sayına uyğun olaraq 44 metr olacaq.

Tağın üst hissəsində ziyarətçilər üçün şəhərə baxış meydançası yaradılır. Parkın mərkəzindəki meydançadan Zəfər Tağına qədər 44 rəmzi pilləkən də nəzərdə tutulub. Bu pilləkənlərdə Vətən müharibəsinin hər günü üzrə azad olunmuş yaşayış məntəqələrinə dair məlumatlar əks etdiriləcək.

Abidənin üst hissəsinə - baxış meydançasına yaşlı insanların, uşaqların və fiziki məhdudiyyətli şəxslərin rahat qalxması üçün liftlərin quraşdırılması nəzərdə tutulub. Layihəyə uyğun olaraq parkda geniş yaşıllıq zolaqlarının salınması planlaşdırılır.

Parkın ərazisində mövcud olan ağaclar qorunmaqla əlavə 300-dən çox ağac və 9 mindən çox müxtəlif növ dekorativ kollar əkilib”.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış olub.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiya Bakıya heyət göndərir: Putinin şəxsi mesajı...

Rusiya Bakıya heyət göndərir: Putinin şəxsi mesajı...

Braziliyada BRICS Sammiti başladı

Braziliyada BRICS Sammiti başladı

Mələkxanım Eyubova nəvəsini belə təbrik etdi - VİDEO

Mələkxanım Eyubova nəvəsini belə təbrik etdi - VİDEO

Paşinyan arvadına görə məşhur qəzeti məhkəməyə verdi

Paşinyan arvadına görə məşhur qəzeti məhkəməyə verdi

Lənkəranda “SevilFest” sənədli film festivalı davam edir - FOTO

Lənkəranda “SevilFest” sənədli film festivalı davam edir - FOTO

Dağıstanın rəhbərindən Azərbaycan-Rusiya münasibətlərinə REAKSİYA

Dağıstanın rəhbərindən Azərbaycan-Rusiya münasibətlərinə REAKSİYA

Ucarda qəza: Xəsarət alanlar var

Ucarda qəza: Xəsarət alanlar var

Neymarın üç fərqli qadından dördüncü övladı dünyaya gəldi - FOTO

Neymarın üç fərqli qadından dördüncü övladı dünyaya gəldi - FOTO

Mask "Amerika" partiyasının qeydiyyatı üçün rəsmi müraciət etdi

Mask "Amerika" partiyasının qeydiyyatı üçün rəsmi müraciət etdi

Türkiyə ordusunun 5 əsgəri şəhid oldu - FOTO

Türkiyə ordusunun 5 əsgəri şəhid oldu - FOTO

Sumqayıtda 70 yaşlı qadın itkin düşdü

Sumqayıtda 70 yaşlı qadın itkin düşdü

Pakistan Milli Assambleyasının sədri Azərbaycana gəldi

Pakistan Milli Assambleyasının sədri Azərbaycana gəldi

Dəniz suyunun temperaturu belə olacaq

Dəniz suyunun temperaturu belə olacaq

Ukraynada partlayış: SOCAR-a məxsus YDM-yə ziyan dəydi - VİDEO

Ukraynada partlayış: SOCAR-a məxsus YDM-yə ziyan dəydi - VİDEO

“Turan Tovuz” portuqaliyalı hücumçu ilə danışıq aparır

“Turan Tovuz” portuqaliyalı hücumçu ilə danışıq aparır

Vəkil olmaq istəyən 196 nəfər uğur qazandı

Vəkil olmaq istəyən 196 nəfər uğur qazandı

Ağdam–Xankəndi dəmir yolu bu tarixdə istifadəyə veriləcək - FOTO

Ağdam–Xankəndi dəmir yolu bu tarixdə istifadəyə veriləcək - FOTO

İtaliya klubunun üzvü “Beşiktaş”a keçir

İtaliya klubunun üzvü “Beşiktaş”a keçir

Bəy gəlini görüb özünü İTİRDİ - VİDEO

Bəy gəlini görüb özünü İTİRDİ - VİDEO

“Şamaxı” braziliyalı müdafiəçi ilə anlaşdı

“Şamaxı” braziliyalı müdafiəçi ilə anlaşdı

Qırmızı diplom SEVDASI – Hansısa FAYDASI VAR?

Qırmızı diplom SEVDASI – Hansısa FAYDASI VAR?

Türkiyədə son 10 gündə 761 yanğın nəzarət altına alınıb

Türkiyədə son 10 gündə 761 yanğın nəzarət altına alınıb

AFFA bu stadionu təmir edəcək

AFFA bu stadionu təmir edəcək

Rusiyalılara daha Qırğızıstan vətəndaşlığı verilməyəcək

Rusiyalılara daha Qırğızıstan vətəndaşlığı verilməyəcək

End of content

No more pages to load

RADİO