Qanun təsdiqləndi: Şəxsiyyət vəsiqəsi belə olacaq

Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
 

Dəyişiklik Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) 9303 nömrəli standartının tələblərinə uyğunlaşdırılması, həmçinin şəxsiyyət vəsiqəsinin istifadəsi üzrə yaranmış bəzi çətinliklərin aradan qaldırılması məqsədilə təklif olunur.


Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi səyahət sənədi kimi də (Türkiyəyə münasibətdə) istifadə olunur.

Şəxsiyyət vəsiqəsinin üzərində şəxsin ünvanı barədə məlumatın əks olunmaması vəsiqənin istifadəsi üzrə bəzi çətinliklərə səbəb olur. Bu baxımdan, şəxsiyyət vəsiqəsinin formasında və üzərində olan məlumatların dairəsində dəyişiklik edilməsi zərurəti yaranıb. Buna görə də şəxsiyyət vəsiqəsində əks olunan məlumatların tərkibinin yenilənməsi təklif olunur.

Belə ki, şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatları əlavə edilir. Eyni zamanda elektron daşıyıcıda (çipdə) əvvəlki variantla müqayisədə yalnız daha zəruri məlumatların saxlanılması təklif olunur.

Təklif olunan digər dəyişiklik ondan ibarətdir ki, vətəndaşın ailə vəziyyəti, valideynləri, uşaqları, hərbi vəzifəsi və digər məlumatlar artıq birbaşa elektron daşıyıcıda deyil, IAMAS (idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi) vasitəsilə saxlanılacaq və kriptoqrafik mühafizə olunacaq.
 

Şəxsiyyət vəsiqəsi ilə bağlı məlumatların kriptoqrafik mühafizəsi onların məxfiliyinin, bütövlüyünün və icazəsiz müdaxilədən qorunmasının təmin olunması məqsədini daşıyır.


Qanun layihəsində vəsiqənin verilməsi qaydalarına da dəyişikliklər təklif olunur.

Vəsiqə dəyişdirilməli olan hallara yaşayış yerinin dəyişməsi əlavə olunur. Bundan başqa, əgər vəsiqə və ya elektron daşıyıcısında texniki və ya məzmunla bağlı səhv aşkar edilərsə, düzəlişin dövlət rüsumu tutulmadan həyata keçirilməsi nəzərdə tutulur.

Beləliklə, təklif olunan bu dəyişikliklər şəxsiyyət vəsiqəsi ilə bağlı məlumatların daha müasir sistemlərdə, təhlükəsiz və çevik şəkildə idarə olunmasını, həmçinin, sənədləşmə prosedurlarının və xidmətlərin vətəndaş üçün sadələşdirilməsini təmin edəcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. (globalinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xankəndi tikiş fabrikində 500 nəfər işlə TƏMİN EDİLƏCƏK - FOTO

Xankəndi tikiş fabrikində 500 nəfər işlə TƏMİN EDİLƏCƏK - FOTO

Xankəndi Kommunikesi QƏBUL EDİLDİ

Xankəndi Kommunikesi QƏBUL EDİLDİ

Bu əlamətlərin bir neçəsi sizdə varsa – PSİXOPATSINIZ

Bu əlamətlərin bir neçəsi sizdə varsa – PSİXOPATSINIZ

Yayda bu əşyaları maşında saxlamayın - Partlaya bilər

Yayda bu əşyaları maşında saxlamayın - Partlaya bilər

Tramp fövqəladə vəziyyət elan etdi

Tramp fövqəladə vəziyyət elan etdi

Mahmut Orhan Sea Breeze-də çıxış etdi – FOTO

Mahmut Orhan Sea Breeze-də çıxış etdi – FOTO

Zakir Həsənovdan türkiyəli həmkarına BAŞSAĞLIĞI

Zakir Həsənovdan türkiyəli həmkarına BAŞSAĞLIĞI

Gündə bir qaşıq qəbul edin - Xərçəngdən qoruyur

Gündə bir qaşıq qəbul edin - Xərçəngdən qoruyur

"Formula 1": Lando Norris Böyük Britaniya Qran-prisinin qalibi oldu

"Formula 1": Lando Norris Böyük Britaniya Qran-prisinin qalibi oldu

Dəniz sahilində ACINACAQLI VƏZİYYƏT: Vətəndaşların sağlamlığı təhlükədə - VİDEO

Dəniz sahilində ACINACAQLI VƏZİYYƏT: Vətəndaşların sağlamlığı təhlükədə - VİDEO

Rusiya Bakıya heyət göndərir: Putinin şəxsi mesajı...

Rusiya Bakıya heyət göndərir: Putinin şəxsi mesajı...

Braziliyada BRICS Sammiti başladı

Braziliyada BRICS Sammiti başladı

Mələkxanım Eyubova nəvəsini belə təbrik etdi - VİDEO

Mələkxanım Eyubova nəvəsini belə təbrik etdi - VİDEO

Paşinyan arvadına görə məşhur qəzeti məhkəməyə verdi

Paşinyan arvadına görə məşhur qəzeti məhkəməyə verdi

Lənkəranda “SevilFest” sənədli film festivalı davam edir - FOTO

Lənkəranda “SevilFest” sənədli film festivalı davam edir - FOTO

Dağıstanın rəhbərindən Azərbaycan-Rusiya münasibətlərinə REAKSİYA

Dağıstanın rəhbərindən Azərbaycan-Rusiya münasibətlərinə REAKSİYA

Ucarda qəza: Xəsarət alanlar var

Ucarda qəza: Xəsarət alanlar var

Neymarın üç fərqli qadından dördüncü övladı dünyaya gəldi - FOTO

Neymarın üç fərqli qadından dördüncü övladı dünyaya gəldi - FOTO

Mask "Amerika" partiyasının qeydiyyatı üçün rəsmi müraciət etdi

Mask "Amerika" partiyasının qeydiyyatı üçün rəsmi müraciət etdi

Türkiyə ordusunun 5 əsgəri şəhid oldu - FOTO

Türkiyə ordusunun 5 əsgəri şəhid oldu - FOTO

Sumqayıtda 70 yaşlı qadın itkin düşdü

Sumqayıtda 70 yaşlı qadın itkin düşdü

Pakistan Milli Assambleyasının sədri Azərbaycana gəldi

Pakistan Milli Assambleyasının sədri Azərbaycana gəldi

Dəniz suyunun temperaturu belə olacaq

Dəniz suyunun temperaturu belə olacaq

Ukraynada partlayış: SOCAR-a məxsus YDM-yə ziyan dəydi - VİDEO

Ukraynada partlayış: SOCAR-a məxsus YDM-yə ziyan dəydi - VİDEO

End of content

No more pages to load

RADİO