Qazaxda şəhid atası yol nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonunun Qazaxbəyli kəndi ərazisində baş verib.
44 günlük Vətən Müharibəsi şəhidi Fərid Nəbiyevin atası Kamran Nəbiyev ona məxsus “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə avtomobil aşıb və K.Nəbiyev aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu