Bu gün ali təhsil məktəblərinə qəbul imtahanı keçirildi

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə ikinci cəhd qəbul imtahanı keçirəcək.

DİM-dən Bizim.Media-ya bildirilib ki, imtahan Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunub.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub.

Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
 

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 168 imtahan binası, 3078 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 168 ümumi imtahan rəhbəri, 486 imtahan rəhbəri, 3851 nəzarətçi, 552 buraxılış rejimi əməkdaşı, 168 bina nümayəndəsi cəlb olunub.


İlkin məlumatlara əsasən, 7 nəfərdə mobil telefon, 3 nəfərdə “ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric olunub. Qayda pozuntularına yol verdiyi üçün imtahandan xaric olunanların müsabiqə nəticələri ləğv olunur və onlar ixtisas seçiminə buraxılmırlar.

İmtahanda 41484 abituriyentin iştirakı nəzərdə tutulurdu.

İmtahanda 79 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyentlər də iştirak edib.

Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

Bu gün saat 15:00-da DİM-in “Youtube” kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq.

Abituriyentlər suallarını “Youtube”da olacaq müvafiq yayımın şərh bölməsinə yaza bilərlər.

İyulun 7-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.
 

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin iki həftədən sonra elan olunması nəzərdə tutulur.


Növbəti qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin bir daha nəzərinə çatdırırıq ki, sənədlərlə (şəxsiyyət vəsiqəsinin əsli və buraxılış vərəqəsi) bağlı diqqətli olsunlar. Bundan əlavə, imtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.

Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiya Bakıya heyət göndərir: Putinin şəxsi mesajı...

Rusiya Bakıya heyət göndərir: Putinin şəxsi mesajı...

Braziliyada BRICS Sammiti başladı

Braziliyada BRICS Sammiti başladı

Mələkxanım Eyubova nəvəsini belə təbrik etdi - VİDEO

Mələkxanım Eyubova nəvəsini belə təbrik etdi - VİDEO

Paşinyan arvadına görə məşhur qəzeti məhkəməyə verdi

Paşinyan arvadına görə məşhur qəzeti məhkəməyə verdi

Lənkəranda “SevilFest” sənədli film festivalı davam edir - FOTO

Lənkəranda “SevilFest” sənədli film festivalı davam edir - FOTO

Dağıstanın rəhbərindən Azərbaycan-Rusiya münasibətlərinə REAKSİYA

Dağıstanın rəhbərindən Azərbaycan-Rusiya münasibətlərinə REAKSİYA

Ucarda qəza: Xəsarət alanlar var

Ucarda qəza: Xəsarət alanlar var

Neymarın üç fərqli qadından dördüncü övladı dünyaya gəldi - FOTO

Neymarın üç fərqli qadından dördüncü övladı dünyaya gəldi - FOTO

Mask "Amerika" partiyasının qeydiyyatı üçün rəsmi müraciət etdi

Mask "Amerika" partiyasının qeydiyyatı üçün rəsmi müraciət etdi

Türkiyə ordusunun 5 əsgəri şəhid oldu - FOTO

Türkiyə ordusunun 5 əsgəri şəhid oldu - FOTO

Sumqayıtda 70 yaşlı qadın itkin düşdü

Sumqayıtda 70 yaşlı qadın itkin düşdü

Pakistan Milli Assambleyasının sədri Azərbaycana gəldi

Pakistan Milli Assambleyasının sədri Azərbaycana gəldi

Dəniz suyunun temperaturu belə olacaq

Dəniz suyunun temperaturu belə olacaq

Ukraynada partlayış: SOCAR-a məxsus YDM-yə ziyan dəydi - VİDEO

Ukraynada partlayış: SOCAR-a məxsus YDM-yə ziyan dəydi - VİDEO

“Turan Tovuz” portuqaliyalı hücumçu ilə danışıq aparır

“Turan Tovuz” portuqaliyalı hücumçu ilə danışıq aparır

Vəkil olmaq istəyən 196 nəfər uğur qazandı

Vəkil olmaq istəyən 196 nəfər uğur qazandı

Ağdam–Xankəndi dəmir yolu bu tarixdə istifadəyə veriləcək - FOTO

Ağdam–Xankəndi dəmir yolu bu tarixdə istifadəyə veriləcək - FOTO

İtaliya klubunun üzvü “Beşiktaş”a keçir

İtaliya klubunun üzvü “Beşiktaş”a keçir

Bəy gəlini görüb özünü İTİRDİ - VİDEO

Bəy gəlini görüb özünü İTİRDİ - VİDEO

“Şamaxı” braziliyalı müdafiəçi ilə anlaşdı

“Şamaxı” braziliyalı müdafiəçi ilə anlaşdı

Qırmızı diplom SEVDASI – Hansısa FAYDASI VAR?

Qırmızı diplom SEVDASI – Hansısa FAYDASI VAR?

Türkiyədə son 10 gündə 761 yanğın nəzarət altına alınıb

Türkiyədə son 10 gündə 761 yanğın nəzarət altına alınıb

AFFA bu stadionu təmir edəcək

AFFA bu stadionu təmir edəcək

Rusiyalılara daha Qırğızıstan vətəndaşlığı verilməyəcək

Rusiyalılara daha Qırğızıstan vətəndaşlığı verilməyəcək

End of content

No more pages to load

RADİO