Şəmkirdə yol qəzasında ölən şəxsin kimliyi məlum olub.
Bizim.Media xəbər verir ki, "Toyota" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində Şəmkir rayon sakini, 1990-cı il təvəllüdlü Əli İsmayılov aldığı xəsarətdən dünyasını dəyişib, bir neçə nəfər isə xəsarət alıb.
İlkin məlumata görə, hadisəyə yüksək sürət səbəb olub.
Faktla bağlı araşdırma aparılır. (Report.az)
Bizim.Media