Mingəçevirdə Kür çayı hövzəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, kustar üsulu ilə hazırlanan gəmi ilə kater toqquşub. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb.
Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu.