Zaqatalada baş verən qəzanın ilkin təfərrüatları bilinib.
Bizim.Media-nın yerli bürosu DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupuna istinadən bildirir ki, Zaqatala rayonunun Muğanlı kəndi ərazisində Fəryad İbrahimovun idarə etdiyi “KİA” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarında dayanan “VAZ-2106”ya çırpılıb.
Nəticədə nəqliyyat vasitəsinin yanında dayanan “VAZ-2106”nın sürücüsü, 1966-cı il təvəllüdlü Hüseyn Əliyev aldığı xəsarətlərdən ölüb.
Həmçinin sonuncu avtomobildəki sərnişin, 1977-ci il təvəllüdlü Xalidə Əliyeva, “KİA”nın sürücüsü Fəryad İbrahimov və 13 yaşlı oğlu da hadisə zamanı xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu