Zaqatalada ağır qəza baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yol-nəqliyyat hadisəsi Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.
İki avtomobilin toqquşması nəticəsində bir nəfərin hadisə yerində öldüyü, daha üç nəfərin Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirildiyi bildirilir.
Xəstəxanadan verilən ilkin məlumata əsasən, yaralılara ilkin tibbi yardım göstərildikdən sonra Cərrahiyyə şöbəsinə yerləşdirilib. Vəziyyətləri ağır olaraq qalır.
Faktla bağlı araşdırma başlanılıb.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu