İri dənəli duz mətbəxdə geniş istifadə olunur. Lakin təbii mənşəyinə baxmayaraq, iri duz kristalları sağlamlıq üçün təhlükə yarada və həddindən artıq duz qəbuluna səbəb ola bilər.
Bizim.Media bu barədə xarici mətbuata istinadən məlumat verir.
Duzun zərərləri
Duz demək olar ki, hər kəsin gündəlik rasionunda var. Lakin natriumun həddindən artıq qəbulu sağlamlıq üçün bir sıra problemlər yarada bilər. Bunlara yüksək qan təzyiqi (hipertoniya) də daxildir. Xüsusilə, çörək və bulka məmulatları, kolbasa və sosislər, qurudulmuş ət məhsulları, pizza, burrito, tako, şrbalar və sendviçlər yüksək natrium tərkibli olur. Orqanizmin normal fəaliyyəti üçün cüzi miqdarda natrium kifayətdir. Lakin gündəlik qəbul norması 5 qramdan artıq olmamalıdır. Bu da təxminən bir çay qaşığı duza bərabərdir.
Niyə iri dənəcikli duzdan çəkinmək lazımdır?
Bütün duzların kimyəvi tərkibi oxşardır. Əsas fərq dənəciklərin ölçüsündədir. Kardioloq Syuzan Çenin sözlərinə görə, insanlar iri duzun xırtıltılı dadını bəyəndikləri üçün fərqinə varmadan çox miqdarda istifadə edirlər. Məsələn, dəniz duzu, daş duzu və Himalay duzu iri kristallar şəklində olur.
İri duzun həddindən artıq qəbul edilməməsinə səbəb olan əsas amillər bunlardır:
Bərabər paylanmaması: İri duz kristalları yeməkdə bərabər paylanmır. Buna görə də insan yeməyin duzsuz olduğunu zənn edib əlavə duz əlavə edir və nəticədə normanı aşır.
Yavaş həll olunması: İri duz kristalları ağızda və yeməkdə gec həll olunduğundan dadı dərhal hiss olunmur. Bu da artıq duz əlavə etməyə səbəb ola bilər.
Həcm və çəki fərqi: Çay qaşığında iri duzun kristalları daha az olur, lakin çəkisi incə duzla eyni və ya daha çox ola bilər.
Rasionda duzun miqdarını necə azaltmaq olar?
Məhsul seçərkən:
1. Aşağı natrium" və ya "duz əlavə olunmayıb" kimi işarələnmiş məhsulları seçin.
2. Kolbasa, hazır souslar, qəlyanaltılar, konservlər kimi işlənmiş məhsullardan uzaq durun. Bu məhsullarda çoxlu gizli duz olur.
3. Təzə tərəvəz, meyvə, ət və balıq alın, bu məhsullarda əlavə duz yoxdur.
Evdə yemək bişirərkən yeməyə duz əlavə etməzdən əvvəl onun dadına baxın, duzun miqdarını tədricən azaldın, dad reseptorları 2-3 həftəyə yeni miqdara uyğunlaşır, ədviyyatlardan və ətirli otlardan istifadə edin: reyhan, oregano, sarımsaq, limon suyu, zəncəfil, istiot, zəfəran və s.
Onlar duz əlavə etmədən yeməyə dad qatırlar. (Lent.az)
Bizim.Media