Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən piyadanı vurub.
Hadisə zamanı 2001-ci il təvəllüdlü Ç.Cəfərovu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Yaralıya ilkin tibbi yardım göstərilib, vəziyyətini orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu