Cəlilabad rayonunda qeydə alınan yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin kimliyi müəyyənləşib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yeni Ələt–Astara magistralının Cəlilabad rayonu ərazisindən keçən hissəsində "Toyota Corolla" markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarına aşması nəticəsində bir ailənin üç üzvü – 1986-cı il təvəllüdlü Aidə Hüseynova, 2006-cı il təvəllüdlü Ayaz Hüseynov və 2011-ci il təvəllüdlü Nuray Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Hazırda onların vəziyyəti qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu.