Gəncədə küclü külək fəsadlar törədib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhərin mərkəzi küçəsində güclü külək irigövdəli ağacı VAZ 2107 markalı nəqliyyat vasitəsinin üzərinə aşırıb.
Hadisə zamanı nəqliyyat vasitəsinin içində heç kim olmasa da avtomobilə ciddi ziyan dəyib.
Ağacın aşması ərazidən keçən qaz xəttini də zədələyib.
Hazırda Gəncədə küləklə müşahidə olunan hava şəraiti davam edir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu