Şəmkirçayın Təzəkənd ərazisindən keçən hissəsində göldə boğularaq ölən azyaşlıların kimliyi bilinib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə Qədimqala kənd sakinləri 2018-ci il təvəllüdlü R.Nadirli, 2021-ci il təvəllüdlü N.İsmayıl və 2016-cı il təvəllüdlü F. Nadirli göldə batıblar.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Axtarışlar davam edir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu