Küçədə çox vaxt keçirən uşaqlar çoxbilmiş olurlar? – Psixoloqdan AÇIQLAMA

Son illərdə valideynlər arasında belə bir fikir formalaşıb:

“Küçədə daha çox vaxt keçirən uşaqlar daha çoxbilmiş və çevik olur”.

Bəs bu yanaşma doğrudurmu?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Narınc Rüstəmova bildirib ki, uşaqların çöldə - küçədə, parkda və ya digər açıq məkanlarda vaxt keçirməsi onların sosial, emosional və intellektual inkişafına mühüm təsir göstərir:

“Küçədə oynayan uşaq dostları ilə münasibət qurmağı, paylaşmağı və empatiya hissini inkişaf etdirməyi öyrənir. Bu da onun gələcəkdə sosial adaptasiya bacarığını artırır”, - deyə o, bildirib.

Narınc Rüstəmovanın sözlərinə görə, uşaq nə qədər çox sosial ünsiyyətdə olarsa, problem həll etmə qabiliyyəti və həyat təcrübəsi də bir o qədər genişlənir. Küçə həyatında qarşılaşdığı situasiyalar uşağın düşünmə sürətini və çevikliyini artırır.

“Uşaq parkda və ya küçədə mikroblarla təmasda olur. Bu da immunsisteminin hansı virus və bakteriyalarla mübarizə aparmağı öyrənməsi üçün əsl məşq sayılır”,  - deyə psixoloq əlavə edib.

Mütəxəssis həmçinin mənfi tərəflərə də diqqət çəkib:

“Əgər uşaq düzgün dost çevrəsində deyilsə və ya küçə mühitində zorakılığa məruz qalırsa, bu onun psixoloji sağlamlığını riskə atır.  Son dövrlər uşaqlar, xüsusilə məktəblilər arasında bullinq halları artıb. Belə uşaqlarda özgüvənsizlik, aqressiv davranışlar, fobiya və depressiya əlamətləri meydana çıxır”.

Narınc Rüstəmova onu da vurğulayıb ki, zorakılığa və ya davamlı psixoloji təzyiqlərə məruz qalan uşaqlar bəzən bu davranış formasını normal hesab edib ətrafına eyni münasibəti göstərməyə başlayırlar:

“Belə hallarda uşaqda enurez, davranış pozuntusu, ünsiyyət çətinlikləri kimi hallar müşahidə edilə bilər. Uşaq şiddət və ya zorakılıqla üzləşəndə, hisslərini normal yollarla ifadə etməkdə çətinlik çəkir və bu emosiyaları daha sonra şiddətlə geri qaytarmağa meylli olur. Bu baxımdan peşəkar psixoloq dəstəyi vacibdir”, – deyə o, bildirib.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yekaterinburqda həbs edilən Bəkir Səfərova dərmanların təhvil verilməsinə İCAZƏ VERİLDİ

Yekaterinburqda həbs edilən Bəkir Səfərova dərmanların təhvil verilməsinə İCAZƏ VERİLDİ

“Qarabağ”ın sabahı İsveçdə

“Qarabağ”ın sabahı İsveçdə

"Mərdanın adını unutdum, ona görə elə dedim" - Cabbar Musayev

"Mərdanın adını unutdum, ona görə elə dedim" - Cabbar Musayev

"Saat 18:00-dan sonra uçuşlar qadağandır"

"Saat 18:00-dan sonra uçuşlar qadağandır"

"Çelsi" yeni transferini AÇIQLADI

"Çelsi" yeni transferini AÇIQLADI

Azərbaycanlı müğənni ABŞ-də ÖLDÜRÜLDÜ

Azərbaycanlı müğənni ABŞ-də ÖLDÜRÜLDÜ

Namiq Həsənovun vəzifəsi Tərlan Balışova HƏVALƏ OLUNDU

Namiq Həsənovun vəzifəsi Tərlan Balışova HƏVALƏ OLUNDU

TƏBİB-dən kater qəzasında xəsarət alanlarla bağlı MƏLUMAT

TƏBİB-dən kater qəzasında xəsarət alanlarla bağlı MƏLUMAT

Mahmud Əmirəliyev SAXLANILDI - FOTO

Mahmud Əmirəliyev SAXLANILDI - FOTO

“İnter” Fransa millisinin üzvünü TRANSFER ETDİ

“İnter” Fransa millisinin üzvünü TRANSFER ETDİ

Aşura günü 2 mindən çox könüllü QAN VERDİ

Aşura günü 2 mindən çox könüllü QAN VERDİ

ATV-də ikisinin də verilişi artıq YAYIMLANMIR

ATV-də ikisinin də verilişi artıq YAYIMLANMIR

Türkiyə Trampın prezidentlik müddəti ərzində F-35 təyyarələrinin tədricən təhvil veriləcəyinə ÜMİD EDİR

Türkiyə Trampın prezidentlik müddəti ərzində F-35 təyyarələrinin tədricən təhvil veriləcəyinə ÜMİD EDİR

İki gün əvvəl kanalda batan yeniyetmənin meyiti TAPILDI

İki gün əvvəl kanalda batan yeniyetmənin meyiti TAPILDI

“Qarabağ”dan ayrılan Benzia Çin klubuna keçə bilər

“Qarabağ”dan ayrılan Benzia Çin klubuna keçə bilər

Çoxmərtəbəli bina uçdu, ölən və yaralılar var -FOTO/VİDEO

Çoxmərtəbəli bina uçdu, ölən və yaralılar var -FOTO/VİDEO

Kista əməliyyatında komaya düşən xəstə 81 gün sonra VƏFAT ETDİ

Kista əməliyyatında komaya düşən xəstə 81 gün sonra VƏFAT ETDİ

“Ermənistana yeni Konstitusiya lazımdır” - Paşinyan

“Ermənistana yeni Konstitusiya lazımdır” - Paşinyan

“Karvan” braziliyalı futbolçu ilə ANLAŞDI

“Karvan” braziliyalı futbolçu ilə ANLAŞDI

"Ad günümdə çox ağladım"

"Ad günümdə çox ağladım"

Oğuzda qadın sürücü qəza törətdi - Özü və digər sürücü xəsarət aldı

Oğuzda qadın sürücü qəza törətdi - Özü və digər sürücü xəsarət aldı

“Zirə” Türkiyəyə GETDİ

“Zirə” Türkiyəyə GETDİ

Dünyada İLK: Qadın süni intellektlə hamilə qaldı

Dünyada İLK: Qadın süni intellektlə hamilə qaldı

Kürdə baş verən qəzanın TƏFƏRRÜATLARI

Kürdə baş verən qəzanın TƏFƏRRÜATLARI

End of content

No more pages to load

RADİO