Britaniyanın Nortumbriya Universitetinin alimləri müəyyən ediblər ki, cəmi bir stəkan nanəli çay yaddaşı və diqqəti yaxşılaşdırır.
Bizim.Media xəbər verir ki, bununla bağlı tədqiqat "Human Psychopharmacology" jurnalında dərc olunub.
Təcrübədə 20-56 yaş arası 25 nəfər iştirak edib. Bir qrup nanəli çay, digər qrup isə plasebo qəbul edib. Sonra iştirakçılar diqqət, yaddaş və sözləri xatırlama testləri keçiblər.
Nanəli çay içənlər testlərdə daha yaxşı nəticə göstəriblər. Onların beyinlərinin diqqət və yaddaşa cavabdeh hissəsində qan dövranı da artıb. Alimlər bu effekti nanənin tərkibindəki mentolla izah edirlər.
Qeyd olunur ki, gələcəkdə daha geniş tədqiqatlar aparılacaq. Məqsəd - nanəli çayın beyinə necə təsir etdiyini və bu təsirin nə qədər davam etdiyini öyrənməkdir. (Oxu.Az)
Bizim.Media