Paytaxtın köçürülməsi yenidən GÜNDƏMDƏ – Xankəndi, Ağdam, yoxsa ŞAMAXI?

Son vaxtlar Azərbaycanın yüksək səviyyəli dövlət tədbirlərinin Xankəndi, Ağdam, Zəngilan və digər azad edilmiş ərazilərdə keçirilməsi həm simvolik, həm də strateji baxımdan cəmiyyətin diqqətini çəkib. Dövlət rəhbərliyi tərəfindən Qarabağda təşkil olunan hər bir görüş və tədbir Azərbaycanın suverenliyinin real şəkildə nümayişini və beynəlxalq ictimaiyyətə göstərilməsini hədəfləyir. Bu həm də ərazi bütövlüyü mesajıdır.

Bu cür tədbirlərin ard-arda bölgədə keçirilməsi isə başqa bir mühüm məsələni gündəmə gətirib.

Görəsən, bu proses gələcəkdə Azərbaycanın paytaxtının dəyişdirilməsinin bir başlanığıcıdır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Razi Nurullayevin sözlərinə görə paytaxtın tamamilə dəyişdirilməsi olduqca ciddi və böyük maliyyə vəsaiti tələb edən məsələdir. Lakin o, “ikinci paytaxt” ideyasının real olduğunu istisna etmir:

Paytaxtın köçürülməsi məsələsi olduqca mürəkkəb və böyük dövlət resursları tələb edən bir prosesdir. Amma “ikinci paytaxti” ideyası mümkündür və bunun üçün ölkəmizdə potensialı olan bir neçə şəhər var. Bu sıraya Xankəndi, Ağdam, Şamaxı və digər bölgələr daxil edilə bilər.

Xüsusilə Qarabağ şəhərlərində belə tədbirlərin keçirilməsi ərazi bütövlüyümüzün bir simvolu olaraq da mühüm əhəmiyyət daşıyır”, - deyə deputat diqqətə çatdırıb.

Millət vəkili əlavə edib ki, bu yanaşma ölkənin balanslı inkişafı baxımından da önəmlidir və regional canlanmanı stimullaşdırır.

Dünya təcrübəsi

Qeyd edək ki, dünyada iki və ya daha artıq paytaxtı olan ölkələr mövcuddur.  Belə ölkələrdə dövlətin idarəçilik sistemi bir mərkəzdə cəmlənməyib, müxtəlif şəhərlərə bölünüb. Bu isə ölkənin tarazlı inkişafını təmin etməklə yanaşı, müəyyən strateji məqsədlərə də xidmət edir.
 

Cənubi Afrika Respublikası bu baxımdan ən tanınan nümunələrdən biridir. Bu ölkənin üç paytaxtı var: Pretoriya – icraedici hakimiyyətin mərkəzi, Keyptaun – qanunverici hakimiyyətin mərkəzi və Blumfonteyn – məhkəmə sisteminin baş şəhəriir. Bu üçlük ölkənin çoxmərkəzli idarəetmə modelini simvolizə edir.


Niderland da fərqli bir nümunədir. Rəsmi olaraq Amsterdam paytaxtdır, lakin hökumət və kral iqamətgahı Haaqada yerləşir. Beləcə, siyasi və simvolik paytaxtlar arasında bir bölgü yaranır.

Boliviyada da maraqlı vəziyyət müşahidə olunur: Konstitusiya paytaxtı Sucre olsa da, hökumət orqanları və parlament La Pas şəhərində fəaliyyət göstərir. Bu da ölkənin tarixindəki fərqli mərhələlərin təsirini əks etdirir.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Karvan” braziliyalı futbolçu ilə ANLAŞDI

“Karvan” braziliyalı futbolçu ilə ANLAŞDI

"Ad günümdə çox ağladım"

"Ad günümdə çox ağladım"

Oğuzda qadın sürücü qəza törətdi - Özü və digər sürücü xəsarət aldı

Oğuzda qadın sürücü qəza törətdi - Özü və digər sürücü xəsarət aldı

“Zirə” Türkiyəyə GETDİ

“Zirə” Türkiyəyə GETDİ

Dünyada İLK: Qadın süni intellektlə hamilə qaldı

Dünyada İLK: Qadın süni intellektlə hamilə qaldı

Kürdə baş verən qəzanın TƏFƏRRÜATLARI

Kürdə baş verən qəzanın TƏFƏRRÜATLARI

SON DƏQİQƏ: İstanbulda zəlzələ oldu

SON DƏQİQƏ: İstanbulda zəlzələ oldu

“Qarabağ” bu futbolçunu toplanışa aparmayıb - SƏBƏB

“Qarabağ” bu futbolçunu toplanışa aparmayıb - SƏBƏB

Mingəçevirdə kater gəmi ilə toqquşdu, yaralılar var

Mingəçevirdə kater gəmi ilə toqquşdu, yaralılar var

Pezeşkiandan Azərbaycan Prezidentinə HÖRMƏT DURUŞU - VİDEO

Pezeşkiandan Azərbaycan Prezidentinə HÖRMƏT DURUŞU - VİDEO

Laçın polisindən ƏMƏLİYYAT: 300-ə yaxın çətənə və silah-sursat aşkarlandı - VİDEO

Laçın polisindən ƏMƏLİYYAT: 300-ə yaxın çətənə və silah-sursat aşkarlandı - VİDEO

“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri Azərbaycandadır

“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri Azərbaycandadır

“Qalatasaray” bu futbolçu ilə yollarını ayırdı

“Qalatasaray” bu futbolçu ilə yollarını ayırdı

Kəlağayı almaq adı ilə dələduzluq edən şəxs HƏBS EDİLDİ

Kəlağayı almaq adı ilə dələduzluq edən şəxs HƏBS EDİLDİ

Şəkidə avtomobil ağaca çırpıldı – Xəsarət alan var - FOTO/VİDEO

Şəkidə avtomobil ağaca çırpıldı – Xəsarət alan var - FOTO/VİDEO

Həmin pul Jotanın ailəsinə veriləcək

Həmin pul Jotanın ailəsinə veriləcək

Azərbaycanda növbəti torpaq hərracları ELAN EDİLDİ

Azərbaycanda növbəti torpaq hərracları ELAN EDİLDİ

“Karvan”da yeni baş məşqçi

“Karvan”da yeni baş məşqçi

Zaqatalada baş verən qəzanın ilkin SƏBƏBİ bilindi - FOTO

Zaqatalada baş verən qəzanın ilkin SƏBƏBİ bilindi - FOTO

Şeyxülislam: “İrəvanda məscidlərimizi bərpa edəcəyik”

Şeyxülislam: “İrəvanda məscidlərimizi bərpa edəcəyik”

“Kəpəz” bu futbolçu ilə müqavilə bağladı

“Kəpəz” bu futbolçu ilə müqavilə bağladı

Pensiyaçılarla bağlı vacib AÇIQLAMA

Pensiyaçılarla bağlı vacib AÇIQLAMA

Küçədə çox vaxt keçirən uşaqlar çoxbilmiş olurlar? – Psixoloqdan AÇIQLAMA

Küçədə çox vaxt keçirən uşaqlar çoxbilmiş olurlar? – Psixoloqdan AÇIQLAMA

Ərdoğan: “Qardaşım İlham Əliyev Suriyaya təbii qazla bağlı “hər cür dəstəyi verməyə hazıram” dedi”

Ərdoğan: “Qardaşım İlham Əliyev Suriyaya təbii qazla bağlı “hər cür dəstəyi verməyə hazıram” dedi”

End of content

No more pages to load

RADİO