Alimlərin məlumatına görə, bu yay 9 iyul, 22 iyul və ya 5 avqust tarixlərində bir gün 24 saatdan təxminən 1,5 millisaniyə daha qısa ola bilər. Bu fərq insan tərəfindən hiss edilməsə də, atom saatları və GPS kimi texnoloji sistemlər üçün ciddi əhəmiyyət daşıyır.
Bizim.Media milli.az-a istinadən xəbər verir ki, günlərin sürətlə keçməsinin səbəbi dünyanın fırlanma sürətinin artmasıdır.
Bu artımın dəqiq səbəbi hələ tam aydınlaşdırılmasa da, alimlər bunun yer qabığının dərinliklərindəki geoloji proseslərlə, yeraltı hərəkətlərlə, Ay və Günəşin cazibə qüvvəsi ilə, Yer kürəsinin nüvəsindəki kütlə paylanması və atmosfer-okean axınları ilə bağlı olduğunu düşünürlər.
Əgər bu dəyişikliklər davam edərsə, zaman ölçməsində "mənfi sıçrayış saniyəsi" deyilən saniyə silinməsi lazım gələcək. Bu addım atom saatları ilə zamanın tam uyğunluğunu təmin etmək üçün atılır.
Qısacası, dünyanın fırlanmasının sürətlənməsi günlərin daha tez keçməsi hissini yaradır və bu həm təbiətə, həm də texnologiyaya birbaşa təsir edir.
Bizim.Media